Xəbər verdiyimiz kimi, Fernandu Santuşun istefaya göndərilməsindən sonra Azərbaycan yığmasını Ukrayna ilə matçda meydana U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Maraqlı məqam ondan ibarətdir ki, U-21 yığmamız da bu gün rəsmi oyuna çıxacaq.
Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstanla qarşılaşacaq.
Nəticədə Ayxan Abbasov baş məşqçi kimi bu gün iki oyun keçirəcək. Lakin o, U-21 yığmasının yanında ola bilməyəcək.
Abbasovu Elnur Çodarov əvəz edəcək.