Türkiyə Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərarı alqışlayıb.
Bu barədə nazirlik bəyanat yayıb.
Qeyd edilib ki, iki ölkənin ortaq səyi ilə reallaşan bu qərar Azərbaycan və Ermənistan arasında sülh prosesinin önəmli mərhələlərindən biridir.
Qeyd edək ki, sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib.