Bakı Şəhər DYP İdarəsi əməkdaşları tərəfindən paytaxt ərazisində sükan arxasında davranış qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının və avtomobildə olan sərnişinlərin təhlükəsizliyinə laqeyd yanaşan Bədəlov Tural Xeyrəddin oğlu saxlanılıb.
Reportyor.info xəbər verir ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.Bədəlov 8 gün inzibati qaydada həbs edilib.