Bakının Xətai rayonunun “Bayramov” və “Mehdizadə” küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Reportyor.info-nun əldə etdiyi məlumata görə, “Qalenvagen”markalı 90 HO 500 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Şevrolet” markalı 99 SS 640 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub
Nəticədə “Şevrolet”in sürücüsü xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.