08-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar

02 Yanvar 2025, 09:53
Özəl, Manşet
A A
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar

Bir müddət əvvəl yerli mediada Hesablama Palatasının Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) yoxlama apardığı barədə məlumat yayılmışdı.

Həmin məlumatda deyilirdir ki, yoxlamaların nəticələri Milli Məclisə təqdim ediləcək.
Bu, yoxlamalar zamanı ciddi nöqsanların aşkarlandığı barədə şübhələrə yol açır.
ANAMA vaxtaşırı dövlət satınalmaları həyata keçirən qurumlardan biridir.

Apardığımız araşdırma nəticəsində məlum olub ki, Agentlik təkcə ötən il 54 satınalma müsabiqəsi keçirib. Bu müsabiqələr boyaların satın alınmasından tutmuş itlər üçün aksesuarların satın alınmasına qədər ən müxtəlif satınalma predmetlərini əhatə edir.
Keçirilən tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 17 968 943,58 manatdır.

ANAMA cari ildə isə iki tender keçirib. Tenderlərdən biri Füzuli rayonu, Horadiz şəhərində yerləşən ANAMA-ya məxsus qeyri-yaşayış sahəsinin (qazanxana) qazlaşdırılması işlərinin, digəri isə bərk invertarların satın alınması ilə bağlıdır.

Hər iki tender üzrə satınalma müqaviləsinin ümumimaliyyə dəyəri 225 068,35 manatdır.
Tenderlərdə qalib seçilən şirkətlərin əhəmiyyətli hissəsi haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bəzi şirkətlər isə tender kralı kimi tanınır. Məsələn ANAMA-nın son tenderinin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin tender oyunlarında iştirakı barədə mediada çox yazılıb.

“Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

Açıq mənbələrdə “Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur. Zaur Abıyevin adı isə “MTN işi”ndə keçir. İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib. O, ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb.

Mediada gedən məlumatlardan aydın olur ki, şirkət əsasən şübhəli tenderlərin qalibi olur.
ANAMA-nın keçirdiyi satınalma müsabiqəsi ilə bağlı məlumatları təhlil etdikdə qurumda aparılan yoxlamanın zəruriliyinə və nəticənin agentliyin rəhbərliyi üçün heç də xoş olmadığına şübhə yeri qalmır. Görünür, agentliyin keçirdiyi dövlət satınalmaları yuxarı instansiyaların da diqqətindən yayınmayıb.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovdur. O, 2021-ci ildən bu vəzifədədir.

Əvvəlki yazı

Suriyanın Rusiyadakı səfirliyi: “Bəşər Əsəd Moskvadadır”

Sonrakı yazı

“Şöhlətoğlu” istirahət mərkəzi 2024-cü ildə 6 min ağac əkib (VİDEO)

30  yaşlı qadın baltalandı – Şübhəli qardaşıdır

30 yaşlı qadın baltalandı – Şübhəli qardaşıdır

08 Avqust 2025, 15:12
“Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram” – Cahangir Əsgərov

“Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram” – Cahangir Əsgərov

08 Avqust 2025, 15:09
Havanın temperaturu ilə bağlı mühüm məlumat

Havanın temperaturu ilə bağlı mühüm məlumat

08 Avqust 2025, 13:55
Xalq artisti dənizə paltarla girdi – VİDEO

Xalq artisti dənizə paltarla girdi – VİDEO

08 Avqust 2025, 13:53
Bakı metrosunda doğulmuş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək

Bakı metrosunda doğulmuş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək

08 Avqust 2025, 13:51
İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib

İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib

08 Avqust 2025, 13:45
DYP: Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır

DYP: Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır

08 Avqust 2025, 13:43
Tovuzda 11 yaşlı qıza zorakılıq edilib? – DİN-dən açıqlama

Tovuzda 11 yaşlı qıza zorakılıq edilib? – DİN-dən açıqlama

07 Avqust 2025, 21:30
Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

07 Avqust 2025, 16:04
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

07 Avqust 2025, 15:33
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

07 Avqust 2025, 15:31
Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

07 Avqust 2025, 14:15
“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

07 Avqust 2025, 14:12
7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

07 Avqust 2025, 14:09
Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

07 Avqust 2025, 13:52
“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

07 Avqust 2025, 13:50
DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

07 Avqust 2025, 13:24
Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.