28-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“SOVETSKİ” SAKİNLƏRİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİRLƏR – “Başqa ümid yerimiz qalmayıb” + FOTOLAR

01 Dekabr 2018, 14:43
Cəmiyyət, Sosial
A A
“SOVETSKİ” SAKİNLƏRİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİRLƏR – “Başqa ümid yerimiz qalmayıb” + FOTOLAR

“Möhtərəm prezidentimiz İlham Əliyevdən və hörmətli birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevadan kömək istəyirik. Bəzi məmurlar tərəfindən bizim hüquqlarımız pozulur. Bizi evlərimizdən çıxmağa məcbur etmək istəyirlər.” Bu fikirləri Bakının “Sovetski” kimi tanınan məhəlləsinin bir qrup sakini “AzPolitika.info”ya şikayətlərində bildiriblər.

Göz yaşları içərisində saytımıza müraciət edən sakinlər səslərini ölkə rəhbərliyinə çatdırmağımızı istəyirlər: “Artıq prezidentdən və Mehriban xanımdan başqa ümid yerimiz qalmayıb. Qazımızı tam kəsiblər. Suyu da elə verirlər ki, içməyə güclə çatır. Məqsədləri odur ki, məcbur qalıb evlərimizi tərk edək. Harda və necə yaşayacağımızla isə maraqlanmırlar. Bizə təklif olunan kompensasiya ilə ev almaq mümkün deyil. Bizim isə gedəcəyimiz bir yer olmadığından, belə ağır şəraitdə yaşamaq məcburiyyətində qalmışıq. Ancaq buna da imkan vermək istəmirlər. Yasamal Rayon İcra Hakimiyyətinin məsul şəxsləri məhkəmələrdə qərar çıxardaraq, evlərimizi boşaldacaqlarını bildirirlər. Buna görə də mətbuat vasitəsilə ölkə rəhbərliyindən bizim problemimizin xüsusi nəzarətə götürülməsini xahiş edirik.”

“Sovetski”də qalan sakinlər problemlərinin həllinin elə də çətin olmadığını bildirirlər.

Bu haqda danışmazdan öncə qeyd edək ki, 2014-cü ildən etibarən Bakının “Sovetski” kimi tanınan məhəlləsinin sökülməsinə başlanıb. Bununla əlaqədar bu məhəllədə yaşayanların başqa ərazilərə köçürülməsi həyata keçirilir. Köçürmənin birinci mərhələsi 2017-ci ilin yayında başa çatıb və 4 min 300 ailə ərazidən çıxarılıb. Köçürülən ailələrə hər kvadratmetrə 1500 manat kompensasiya ödənilib. Ancaq məbləğin az olmasına etiraz edən, verilən vəsaitlə ev ala bilməyən xeyli sayda ailənin hələ də təyin olunan kompensasiyanı almadığı bildirilir. Onların bir çoxu hələ də ya qohumlarının evlərinə sığınıblar, ya da ucuz kirayələrdə yaşayırlar.

Buna baxmayaraq, artıq Yasamal Rayon İcra Hakimiyyəti köçürmə işlərinin ikinci mərhələsinə başlayıb. Bu mərhələdə daha 2 min evin köçürülməsi prosesinin həyata keçiriləcəyi gözlənilir.

Bununla bağlı İcra Hakimiyyəti tərəfindən məhəllə sakinlərinə xəbərdarlıq da edilərək, bildirilib ki, ərazidə yaşayan ailələrə yenə hər kvadratmetrə 1500 manat kompensasiya ödəniləcək.

1 sovetskievv

Bu da “Sovetski”də yaşayan bir çox ailənin narazılığına və narahatlığına səbəb olub. Məhəllə sakinləri köçürüldükləri halda, verilən kompensasiya ilə yaşamaq üçün ev ala bilməyəcəklərindən, evsiz qalacaqlarından narahatdırlar. Çünki ərazidəki evlərin bir çoxunun sahəsi kiçik olduğundan, verilən kompensasiya ilə nəinki indi yaşadıqları mərkəz ərazilərdə, heç ucqarlarda belə normal şəraiti olan mənzil almaq mümkün deyil. Nəzərə alsaq ki, 2014-cü illə müqayisədə tikinti materialları bazarında qiymətlər xeyli bahalaşıb, sahəsi kiçik olan mənzillərdə yaşayanların verilən kompensasiya ilə özlərinə ev tikməkdə belə çətinliklə üzləşəcəkləri şübhə doğurmaz. Ona görə də sakinlər hər kvadratmetrə kompensasiyanın ən azı 2 min manata qaldırılmasını, sahəsi kiçik olan mənzillərə 2500 manatdan hesablanmasını xahiş edirlər. Ya da sahəsi kiçik olan evlərdə yaşayanlara əraziyə yaxın binalarda 2 otaqlı mənzillər verilməsi arzusundadırlar.

Elə “AzPolitika.info” ya müraciət edən bir qrup “Sovetski” sakini də prezident İlham Əliyevdən və I vitse-prezident Mehriban xanım Əliyevadan onlara sökülən evlərinin əvəzinə şəhər ərazisində 2 otaqlı ev verilməsinə dair göstəriş vermələrini xahiş edirlər.

Onlar ilk növbədə ölkə prezidentinin göstərişi ilə həyata keçirilən abadlıq-quruculuq işlərini dəstəklədiklərini ifadə edirlər: “Prezidentin həyata keçirdiyi quruculuq işləri sayəsində, paytaxtımız Bakının siması tamamilə dəyişib. Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. “Sovetski” məhəlləsindəki köhnə evlərin sökülərək, yerlərində yeni binaların tikilməsi şəhərimizin görkəmini daha da gözəlləşdirəcək.”

0 sovet

Ərazidə yaşayanlar Prezidentdən və I vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirlər ki, bu zaman köçürməni həyata keçirənlərə onların da problemlərinə diqqətlə yanaşılmasını tapşırsınlar: “Bilirik ki, Prezidentimiz daim insan amilinin ön planda tutulmasını tapşırıb. Vətəndaşların incidilmədən, razı salınaraq köçürülməsini tələb edib. Həm Prezidentimiz, həm də Mehriban xanım vətəndaşların probleminə hər zaman xüsusi diqqətlə yanaşmağı tələb ediblər.

Ancaq köçürməni həyata keçirən vəzifəli şəxslər buna əməl etmirlər. Ərazidə yaşayanların bir çoxu kompensasiyanın azlığından şikayətçi olsalar da, bunu nəzərə almırlar. Yenə hamıya 2014-cü ildəki kimi hər kvadratmetrə görə 1500 manat kompensasiya ödəniləcəyi deyilir. Ancaq əvvala bu məbləğ o vaxt da düzgün hesablanmamışdı. “Sovetski” massivində yaşayış binalarında mənzilin kvadratı 3000-4000 manat arasında dəyişir. On illər ərzində şəhərin mərkəzində yaşayan insanlar onlara verilən kompensasiya ilə özlərinə buraya yaxın yerlərdə ev ala bilmirlər.

2 sovic1

İkincisi də, tikinti materialları bazarında qiymətlər 2014-cü ildəki kimi deyil, bahalaşıb. Təklif edilən kompensasiya ilə nəinki şəhərin mərkəzində, hətta sahəsi kiçik olan evlərdə yaşayanlar paytaxtın kənar rayonlarında belə mənzil ala bilməyəcəklər. Ona görə də ya kompensasiyanın məbləğinin ən azı 2500- 3000 manata çatdırılmasını, ya da evlə təmin olunmağımızı xahiş edirik”.

Sakinlər bildirirlər ki, sahəsi böyük evlərdə yaşayanlar üçün hər kvadratmetr üçün 1500 manat kompensasiya verilməsi ciddi çətinlik yaratmasa da, kiçik mənzilləri olan ailələr evsiz qalmaq təhlükəsilə üzləşiblər: “Burada yaşayanların bir hissəsinin evinin sahəsi cəmi 20 və ya 25 kvadratmetrdir. Hətta 15 kvadratmetr evdə yaşayanlar da var.

6 SOVET

Belə evlərin hər kvadratmetri üçün 1500 manat kompensasiya verdikdə, bu 30 -35 min manat edir. Bu qiymətə şəhərin harasında ev ala bilərsən? Heç paytaxtın kənar rayonlarında belə, bu qiymətə normal mənzil almaq mümkün deyil. Bu dəqiqə “Sovetski”dəki təzə yaşayış binalarında mənzilin kvadratı 4 min manatdan aşağı deyil. Bəs, bizə niyə 1500 manatdan verirlər?

Kompensasiya veriləndə mənzil bazarındakı vəziyyət nəzərə alınmalıdır. Elə pul versinlər ki, heç olmasa Yasamalın başqa yerində ev ala bilək.

Ona görə də biz hörmətli Prezidentimizdən və I vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirik ki, sahəsi kiçik olan mənzillərdə yaşayanlara verilən kompensasiyanın həcmi 2 dəfə artırılsın. Bizim evlərin ərazisində tikilən göydələnlərdə mənzillərin kvadratı neçəyə satılırsa, o məbləğdə də kompensasiya verilsin.

Yaxud da, şəhərin mərkəzinə yaxın ərazilərdə sahəsi kiçik olan evlərdə yaşayan ailələr 2 otaqlı mənzillərlə təmin olunsunlar. Bizcə dövlətimizin buna gücü də, imkanı da çatar”.

8 SOVET

Sonda narazı vətəndaşlar ölkə prezidentinin və I vitse-prezidentin onların probleminə diqqətlə yanaşacaqlarına əmin olduqlarını bildiriblər: “Bilirik ki, Prezident əhalinin incidilməməsini tapşırıb. Mehriban xanım Əliyeva isə hətta zirzəmilərdə yaşayanlara belə ev verilməsini təmin edib. Biz də artıq heç nə istəmirik. Sökülən evlərimizin əvəzində bizim ətraf ərazilərdə 2 otaqlı mənzillərlə təmin olunmağımıza şərait yaradılmasını arzulayırıq”.

Qeyd edək ki, ekspertlər də bu məsələdə vətəndaşların tələblərinin haqlı olduğunu bildirirlər. Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov bir müddət əvvəl mətbuata bildirib ki, vətəndaş şərtlərlə razı deyilsə, onun mənzili sökülə bilməz. Onu mütləq razı salmaq lazımdır: “Burada söhbət mülkiyyət hüququndan gedir. Əhaliyə təklif olunan qiymətlər bazara uyğun deyil, ərazilər də adekvat deyil. Deyək ki, “Sovetski” şəhərin mərkəzidir, Hövsan şəhərkənarı. Sovet vaxtı da köhnə məhəllələr sökülürdü, yeni binalar tikilirdi. Bəzən əhalinin çoxu getmək istəmirdi. O vaxt “Sovetski”də, lap elə İçərişəhərin özündə də yararsız evlərdən əhalinin köçürülməsinə başlanmışdı. Amma elə adam olurdu ki, köçmək istəmirdi. Köçmək istəməyən köçmürdü, ya da mərkəzə yaxın yerlərə razılaşırdılar. Yəni köçürülmə prosesində ilk növbədə sakinlərin maraqları nəzərə alınırdı. İndi isə vətəndaşa təklif olunan, onun malik olduğuna adekvat deyil.Vətəndaşlardan mənzili həddindən artıq ucuz qiymətə alırlar”.

7SOVET

Ekspert Qadir İbrahimli da bildirib ki, vətəndaşlara veriləcək kompensasiyanı həmin ərazidə bazar qiyməti ilə müqayisə etdikdə, sakinlərin haqlı olduğunu görürük.

Mövzunu diqqətdə saxlayacağıq.

Vaqif
AzPolitika. info

Əvvəlki yazı

10 günə 10 qol: Qurban Qurbanov istefa verəcəkmi?

Sonrakı yazı

Ötən gün borclu kimi axtarışda olan 24 nəfər saxlanılıb

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.