“Ümid edirəm ki, Pavel Durov məxfi məlumatları Qərbə açıqlamayacaq”. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
“Mən çox ümid edirəm ki, o, buna imkan verməyəcək” – deyə Xidmət rəhbəri Durovun həssas məlumat ötürməsi ilə bağlı Rusiyanın narahatlıqlarının olub-olmaması barədə suala cavabında qeyd edib.
Qeyd edək ki, Teleqramın yaradıcısı Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb.