13-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Gülşən Paşayevanın görüşünü icra başçısı təşkil edib – Rəqibi

19 Avqust 2024, 11:35
Siyasət
A A
Gülşən Paşayevanın görüşünü icra başçısı təşkil edib – Rəqibi

Bizim dairədən vətəndaşlarla görüşləri təkcə mən keçirirəm. Bu görüşlər icra hakimiyyətinin təşkil etdiyi görüşlər deyil. Canlı və real görüşlərdi. Bu ərazilərdə, xüsusilə Xəzər rayonu Binə qəsəbəsi, Qala qəsəbəsində əsas problem sudur. İnsanlar susuz qalıb. Bakıda, paytaxt şəhərdə, XXI əsrdə su problemi olmamalıdır. Xəzər rayon icra başçısı problemi atır “Azərsu”yun üstünə, “Azərsu” atır icra başçısının üstünə. Təsvir edin, “Azərsu” nümayəndəsi gəlib bildirib ki, sizin küçədə şəhid yoxdu deyə bura su çəkmirik. Bu deyiləcək sözdü? Bu dərəcədə biabırcı vəziyyətdir.

Bu sözləri Tribunainfo.az-a AĞ Partiyanın 13 saylı Xəzər İkinci Seçki Dairəsindən deputatlığa namizədi Əhəd Məmmədov bildirib. O qeyd edib ki, burada insanlar icra hakimiyyətindən, “Azərsu”dan şikayətçidirlər: “Su yox, yol problemi bitmək bilmir, bir az yağış yağan kimi palçıq əlindən hərəkət etmək mümkün deyil. Sakinlər deyir, ayrı-seçkilik edirlər, hansı küçədə şəhid varsa, oranı düzəldirlər, yol çəkirlər. Bundan əlavə, qeydiyyatsız evlər çoxdur. Sakinlər heç bilmirlər ki, küçələri necə adlanır. Sabah bu insanlar harada, necə səs verəcək? Mən artıq neçənci görüşdür ki, keçirirəm, ancaq bu problemlərdən danışılır.
Minimum rəqabətli seçki olsa, şəffaf keçirilsə mən özümün seçiləcəyini düşünürəm. Bu təkcə özümə aid deyil, AĞ Partiyanın Xəzər rayon təşkilatı partiya daxilində ən güclü təşkilatlardandır. Bizim Xəzər rayonu təşkilatımız hələ seçkidən əvvəl suya görə 2 min imza yığmışdı. Yəni bu rayonda bizim partiyanı yaxşı tanıyırlar. Liderimizin də populyarlığı, özümüzün fəaliyyəti şanslarımızı artırır”.

Rəqibləri barədə danışan Ə.Məmmədli bildirib ki, bu dairədə bir real rəqibim var, o da Gülşən xanım Paşayevadır: “Onun isə heç bir fəaliyyəti yoxdur. Dostlar bir videosunu göstərdi mənə ki, onu da icra başçısı təşkil edib. Ağ avtobusla, ağ səliqəli geyinmiş uşaqlarla qapalı bir yerdə görüş keçirib. Orada məlum məsələdir ki, müəllimləri və sair yığıblar. Bu xanım seçicilərlə bir dəfə də görüşməyib. Qapalı yerdə, icra başçısının təşkil etdiyi görüş görüş deyil. Bu, inzibati resursların hesabına təbliğat görüntüsüdür.

Mən mediadan da istifadə edərək Gülşən xanım Paşayevanı debata çağırıram. Harada istəyir görüşək, yeri də özü seçsin, hətta öz istədiyi jurnalisti moderator seçsin, debata çıxaq. Xəzər rayonunun problemlərindən tutmuş Respublikanın problemlərinə qədər danışaq, debat edək. İnsanlar da tanısın, qiymət versinlər”.

Əvvəlki yazı

Ukrayna yeni hücuma hazırlaşır – Çeçen general

Sonrakı yazı

Ermənistanın növbəti təxribatının qarşısı alındı

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.