25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Həyat göstərdi ki, NK-ni “Qocalar evi” adlandırmaqda nə qədər haqlıymışam” – ŞOK İTTİHAM…

17 Mart 2018, 17:02
Cəmiyyət
A A
“Həyat göstərdi ki, NK-ni “Qocalar evi” adlandırmaqda nə qədər haqlıymışam” – ŞOK İTTİHAM…
Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev parlamentin dünənki iclasında Nazirlər Kabinetinin hesabatını təqdim edən baş nazir Artur Rəsizadənin çıxışı barədə Moderator.az-a çox sərt açıqlama verib. Biz MMP sədrinin açıqlamasının mətnini xeyli yumşaldaraq oxuculara təqdim edirik:
“Bu günki hökumət millətə və dövlətə baş qaxıncıdır. Bunu dəfələrlə demişəm, hətta mənə dodaq büzənlər də sonradan açıq-gizli etiraf ediblər ki, dediklərimin hamısı həqiqətdir. Bəli, Azərbaycanda məmə deyəndən pəpə yeyənə kimdən soruşsan hamı tərəddüd etmədən deyəcək ki, Artur Rəsizadə yerində olmayan adamdır. Ola bilsin ki, digər hökumət üzvlərindən fərqli olaraq sərvət yığmaq ovçusu olmayıb, yaxud aza qane olub, heç zaman siyasi iddiası olmayıb, hakimiyyətdaxili intriqalara qoşulamyıb. Amma bu heç də o anlama gəlməməlidir ki, belə bir adama dövlətin o cür ali postunu həvalə edib bizi dünyada biabır edək.
Onun vaxtilə rus qoşunlarının Azərbaycana dəvət edilməsində xidməti və ya hansısa formada əli olub. İkincisi, onun ermənilərlə qarışığı var. Bu günə qədər o bircə dəfə xalqın arasına çıxaraq dövlətin və hökumətin sosial-iqtisadi addımları və görəcəyi işlərlə bağlı nəsə deyibmi? O bu illər ərzində bircə dəfə kabinetdən çıxıb əyalətləri gəzibmi vəziyyətin nə yerdə olduğunu gözləri ilə görsün və məmurların dövlət başçısına verdiyi informasiyaların əksəriyyətinin yalan, uydurma olduğunu ifşa etsin? Olmayıb. Onun dünən Milli Məclisdəki çıxışı isə dəhşət idi. Bizə dünya baxır. O çıxışı görən dünya bizə hansı gözlə baxar? Adam yoxdu ki, çıxıb o tribunadan təmiz Azərbaycan dilində heç olmasa qabaqcadan yazılmış hesabatı üzünə oxuya bilsin?
Dərd orasıdır ki, Artur Rəsizadə tək deyil və həyat göstərdi ki, mən Nazirlər Kabinetini “Qocalar evi” adlandırmaqda nə qədər haqlıymışam. Azərbaycan dilini doğru-dürsüt bilməyən, bu dildə danışmaqdan hədsiz əzab çəkən bir adamın mənim hökumətimin başında nə işi var axı? Onun “Bakı qayırma zavodu” ifadəsi isə lap yerinə düşdü. Əslində doğru deyir, onun rəhbərlik etdiyi hökumət elə Bakının başına yaxşı oyun açdılar. Mən bir daha bəyan edirəm ki, hökumət tam tərkibdə istefaya göndərilməlidir və 2-3 yerində olan məmuru çıxmaq şərtilə qalanları ordan rədd eləmək lazımdır. Qoy getsinlər taladıqları milyardları yerləşdirməyin qayğısına qalsınlar. Onsuz da onlar heç zaman məmur olmayıblar ki, bazar və ən yaxşı halda biznesmen təfəkkürü ilə yanaşıblar onlara etibar edilən postlara. Əsas amacları daha çox pul çırpışdırmaq olub.  Yaxşı, deyək ki, bizi vəzifəyə qoymurlar, heç olmasa salamat adamları, cavan kadrları irəli çəkərək millətin canını bu qansoranlardan qurtarsınlar. Təbii ki, 11 apreldə xalq mənə səs versə onların hamısı ilə bağlı lazımi tədbir görəcəm və millət mənə əhsən deyəcək. Əgər İlham Əliyev də yenidən seçilsə və hökumətin formalaşmasında mənim də mövqeyimi soruşsa, təbii ki, mən cür iylənmiş, üfunət iyi verən məmurların yeni formalaşan hökumətdə təmsil olunmamasını təklif edəcəm.
Bu günlərdə prezidentin köməkçisi Əli Həsənov çox haqlı olaraq Avropada Azərbaycanın əleyhinə ağzına gələni, gözünə görünəni yazanlarla, şərəfsizcəsinə danışanlarla bağlı çağırış etdi. Sual edirəm, Artur Rəsizadənin başçılıq etdiyi hökumətdəkilərin hansı biri qolunu çırmayıb bu istiqamətdə bir iş gördü? Axı hamısının həmin Avropa ölkələrində biznesləri və ya yatırımlarını idarə edən onlarla adam var. Onlar niyə Azərbaycana qara yaxanlarla profilaktik söhbətlər aparıb doğru yolda olmadıqlarını, bununla ölkəyə, elə öz qohum-əqrəbalarına çox böyük pisliklər etdiklərini izah etmirlər? Etməzlər, çünki onların nə dövlətdən, nə dövlətçilikdən anlayışları yoxdur”.
Əvvəlki yazı

SON DƏQİQƏ-Binəqədi Polisi aclıq edən Sumqayit iş adamlarını həbs etdi /VİDEO

Sonrakı yazı

Sumqayıt iş adamlarının vəkili danışdı – Elçin Sadıqov: “Bu tamamilə qanunsuzluqdur”

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.