24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İqtisadçı DEVALVASİYA proqnozu verdi: Böhran qapımızda…

18 İyul 2024, 16:19
İqtisadiyyat, Manşet
A A
İqtisadçı DEVALVASİYA proqnozu verdi: Böhran qapımızda…

Azərbaycanda yürüdülən iqtisadi siyasətin növbəti devalvasiya və iqtisadi böhranla nəticələnəcəyinə dair proqnozlar artmağa başlayıb.

Reportyor.info xəbər verir ki, bu mövzuyla bağlı paylaşım edən iqtisadçı Natiq Cəfərli pessimist proqnozlar verib: “Dünən ölkə iqtisadiyyatının vəziyyəti və yaxın 2-3 ildə baş vermə ehtimalı yüksək olan problemlərlə bağlı status yazmışdım.

Bəzi izləyicilər mənim yaxın 1,5-2 ildə devalvasiya ehtimalının yüksək olması ilə bağlı fikrimə əks-arqument olaraq yazıblar ki, axı ölkənin 69,7 mlrd. dollar valyuta ehtiyatı var, niyə bu addıma getsinlər ki?!

Əslində, maraqlı, haqlı sualdır, amma 2015-ci ili xatırlayın, hökumət 3 pilləli (1,05, 1,50, 1,70) devalvasiyaya gedib məzənnəni sabitləşdirdi. Amma 2014-cü ilin sonunda valyuta ehtiyatlarımız kifayət qədər yüksək idi –ölkədə 51,4 mlrd. dollar valyuta ehtiyatı var idi. Yaxşı, əgər devalvasiyanın qarşısını kəsən amil məhz valyuta ehtiyatlarıdırsa, 2015-də nədən bu addımı atdılar?! Neft Fondu bir kənara, 2014-ci ilin sonuna bir tək elə Mərkəzi Bankda 14 mlrd. dollar ehtiyat var idi. Bu gün MB-nin ehtiyatı 11,7 mlrd. dollardır. Yəni, 2015-ci devalvasiya ilinin əvvəlinə MB-də bu gün olan ehtiyatdan 2,3 mlrd. dollar çox vəsait var idi, amma devalvasiya qaçılmaz oldu.

2015-də devalvasiyanın əsas səbəbi neftin qiymətinin azalması oldu, indi isə hasilat kəskin azalır – 2014-cü ildə Azərbaycanda neft hasilatı 41,9 mln. ton təşkil edib, 2023-cü ildə isə Azərbaycanda 30 milyon 189,6 min ton neft hasil edilib – azalma az qala 12 mln. tondur. Amma 2024-ci ildə hasilatın azalması tempi kəskinləşib – bu ilin ilk 6 ayında 2023-cü ilin 6 ayına nisbətən hasilat 5% azalıb.

Azalma trendini gündəlik hasılat rəqəmləri daha aydın göstərir – 2024-cü ilin ikinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel səviyyəsində olub. 2023-ci ilin birinci rübündə qeyd olunan göstərici 520 min barel, ikinci rübündə 500 min barel, ücüncü və dördüncü rübündə isə 490 min barel təşkil edib.

Yəni, 2 borudan asılı olan primitiv iqtisadi modeli olan məmləkətdə bohran dalğaları qaçılmazdır

Əvvəlki yazı

Əliyevlə Zelenski söhbət ediblər

Sonrakı yazı

Yaşlıların pensiya kartını taladı, ələ keçdi

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.