20-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Pakistan-Azərbaycan qardaşlığı xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərə əsaslanır

15 İyul 2024, 19:01
Cəmiyyət
A A
Pakistan-Azərbaycan qardaşlığı xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərə əsaslanır

 

Pakistan yarandığı ilk gündən müsəlman dünyası, xüsusən də Türkiyə ilə çox yaxın əlaqələr qurub. İki ölkə arasında bütün sahələrdə ciddi əməkdaşlıq mövcud olub. Oxşar münasibət Azərbaycana qarşı da olub. Pakistanla bizim əlaqələrimizin qurulmasında qardaş Türkiyənin əhəmiyyətli rolu var.

SSRİ dağılandan sonra Azərbaycan 1991-ci il 18 oktyabrında dövlət müstəqilliyini elan etdi. Bundan az sonra, yəni dekabrın 12-də Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Beləliklə Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Eyni zamanda Pakistan Xocalı soyqırımını rəsmi olaraq tanıyan ilk ölkədir və Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi əməliyyatında Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələrdən biridir. Həmçinin Pakistan Senatının Xarici əlaqələr Komitəsi Xocalı faciəsini genosid kimi tanımışdır.

Pakistanın Azərbaycana münasibətində önəmli faktlardan biri də budur ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib. Azərbaycana dəstək verərək və həmrəyliyini bildirərək bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Onu bir dövlət kimi tanımayıb.

Azərbaycan da Pakistanın üzləşdiyi sərhəd mübahisələrində və Hindistanla olan münaqişənin sülh yolu ilə həll olunmasında Pakistana öz dəstəyini əsirgəmir.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü müttəfiqlik səviyyəsinə çatdırılıb. 1993-cü ilin mart ayında Pakistanın Bakıda, 1997-ci ilin avqust ayında isə Azərbaycanın İslamabadda səfirlikləri fəaliyyətə başlayıb.

1993-cü ilin aprel ayının 30-da BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş, erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 nömrəli qətnamənin qəbul olunduğu iclasa da Pakistan sədrlik edib və qətnamə Pakistan hökumətinin birbaşa təşəbbüsü və səyi nəticəsində qəbul olunub.

İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Brutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.

Pakistan 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycanı siyasi yolla dəstəkləyib və hər zanman Azərbaycanın yanında olduğunu vurğulayıb. Bu da bizə müharibə vaxtı əlavə güc, stimul verib.

Azərbaycan xalqı Qələbəni qeyd edəndə insanların əllərində Azərbaycan, Türkiyə bayraqları ilə bərabər Pakistan bayrağı da var idi.

2005-ci il oktyabrın 8-də Pakistanın şimalında dəhşətli zəlzələ oldu. Vaxt itirmədən Prezident İlham Əliyevin tapşırığı ilə 20-si həkim olmaqla 40 nəfərlik xilasedici dəstə xüsusi təyyarə ilə lazım olan avadanlıqlarla birgə hadisə yerində olaraq fəaliyyətə başladı. Eyni zamanda Azərbaycan Prezidentinin tapşırığı ilə Pakistana ilkin yardım olaraq 1,5 milyon dollar vəsait köçürüldü. Sonralar da bu yardımlar davam etdirildi. Zəlzələ zonasında ilk məktəb də Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikildi.

Pakistanla Azərbaycan arasında 2023-cü ildə ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib.

Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər.

Azərbaycana gələn pakistanlıların sayı da günbəgün artmaqdadır və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunur.

İyul ayının 11-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistan İslam Respublikasına səfər edib. Prezidentimizin Pakistan dövləti tərəfindən yüksək səviyyədə qarşılanması hər birimizi qürurlandırıb.

Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayət edib.

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb. İslamabadın küçələri Azərbaycan bayrağı rəngində işıqlandırılıb.

Azərbaycan Prezidenti mətbuata verdiyi müsahibədə vurğulayıb ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərə əsaslanır. Cənab İlham Əliyev qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Bizim Cəmmu və Kəşmirlə bağlı mövqeyimiz yaxşı məlumdur. Kəşmirin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq Sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq Sizin tərəfinizdədir.

Azərbaycan Prezidenti eyni zamanda ikitərəfli formatın geniş gündəliyinin hazırlandığını, sahələrdən birinin investisiya imkanları olduğunu və Pakistanla investisiya layihələri ilə bağlı praktiki təklif görmək istədiyini deyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Komandalarımız görüşə hazırlıq üçün gərgin və fəal şəkildə çalışdılar. O, yaxşı təşkil olunub. Biz əməkdaşlığımızın bir çox sahələrini əhatə edən 15 sənəd imzalayacayıq.

Tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq.

Cari ilin 11 iyul tarixində İslamabadda Azərbaycan ilə Pakistan arasında bir sıra Anlaşma Memorandumu və Sazişlər imzalanıb.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Yazıçı Elçin Məhərrəm digər dövlət qurumlarına,həmçinin, Ombudsmana müraciət edib

Sonrakı yazı

Deputat uşaqların Aşura mərasimlərinə aparılmasına qarşıdır

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30
Paşinyanla Pezeşkianın görüşü başladı – Video

Paşinyanla Pezeşkianın görüşü başladı – Video

19 Avqust 2025, 11:27
“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.