29-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək

06 İyul 2024, 11:41
Cəmiyyət
A A
Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək

 

Azərbaycan Türk dövlətləri ilə münasibətlərinə mühüm əhəmiyyət verir. Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçıları isə Azərbaycana müntəzəm olaraq səfər edirlər. Bu isə ölkələrarası möhkəm dostluğa, əlaqələrin inkişafına və hərtərəfli əməkdaşlığın yaranmasına gətirib çıxarır.

Azərbaycanın sıx əlaqədə olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstanla Azərbaycan eyni kökə, dinə, mədəniyyətə və dil yaxınlığına malikdirlər. Hər iki ölkənin dostluğu, qardaşlığı əsrlərlədir. Hal-hazırda Qazaxıstanda 300 mindən artıq azərbaycanlı yaşayır və Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də Qazaxıstan olub. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaranıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın Qazaxıstanda səfirlikləri açılıb.

Son iki ildə Prezident İlham Əliyev dost və strateji tərəfdaşımız olan Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə isə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

4 iyul 2004-cü il tarixdə Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti bu toplantıya fəxri qonaq kimi dəvət edilib. Bu da Azərbaycanın getdikcə artan nüfuzunun göstəricisidir.

Qeyd edək ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu da demək olar ki, Azərbaycanla üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın əsas göstəricilərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti Zirvə toplantısında Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyətin Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil etdiyini, eyni zamanda coğrafi mövqeyi və nəqliyyat strukturuna qoyulmuş böyük sərmayələrin Azərbaycanı Avrasiyanın nəqliyyat-logistika qovşağından birinə çevirmək imkanını verdiyini qeyd etdi.

Azərbaycan hazırda öz tərəfdaşları ilə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tonadək artıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının isə illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırılacağı nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynadığından söz açdı. Qeyd etdi ki, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həmçinin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ və digər ərazilərimiz 30 il işğal altında qalmış və işğal nəticəsində bir milyondan çox soydaşlarımız Bakıda və Azərbaycanın 50-dən çox rayonunda məskunlaşmışdılar.

2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın 30 illik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsini hərbi-siyasi vasitələrlə təmin etdi. Bununla da Azərbaycanın iradəsi, gücü-qüdrəti bütün dünyaya bəlli oldu.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə sürətlə tikinti-bərpa işləri aparılır. Ev-eşiyindən didərgin düşmüş soydaşlarımız öz doğma ata-baba yurdlarına üz tuturlar. Bu da böyük qələbəmizin uğurlu davamıdır.

Onu da qeyd edək ki, Azərbaycan 2019-cü ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildi. Və sədrlik müddəti artırılaraq 2023-cü ilədək davam etdi. Azərbaycanın bu təşkilata olduqca uğurlu sədrliyi onun qlobal arenada nüfuzunu və gücünü bir daha möhkəmləndirdi. Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi və Qadın Platformasının əsasını qoydu.

Çox sevindirici haldır ki, Azərbaycan bu il 200 ölkənin dəstəyi ilə COP29-a ev sahibliyi edəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Prezident Xankəndi Konqres Mərkəzinin təməlini qoydu

Sonrakı yazı

Saatlıda atasını şüşə parçası ilə qətlə yetirən şəxs saxlanılıb – YENİLƏNİB

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.