Vaşinqton regionda mövcud olan bir sıra problemlərin həlli üçün diplomatik səylərini davam etdirir.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə dövlət katibinin müavini Ceyms O`Brayenin Bakıya səfərini şərh edərkən bildirib.
Miller dövlət katibinin köməkçisinin mütəmadi olaraq bölgəyə səfər etdiyini vurğulayıb: “Bu, bir müddətdir üzərində işlədiyimiz bir prosesdir”.
İyunun 11-də O’Brayen İrəvanda olub və mətbuata müsahibəsində Azərbaycan və Ermənistanın sülh müqaviləsi üzrə razılığa gəlməsinin vaxtının yetişdiyini, əlavə danışıqlar aparmaq praktikasına son qoyulmalı olduğunu vurğulayıb.