28-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“BÜTÜN MƏNZİLLƏRİ O SATIB, MƏNİM XƏBƏRİM YOXDUR…” – İbrahimovun istintaqa ifadəsi

28 Noyabr 2018, 17:11
Cəmiyyət
A A
“BÜTÜN MƏNZİLLƏRİ O SATIB, MƏNİM XƏBƏRİM YOXDUR…” – İbrahimovun istintaqa ifadəsi

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun istintaqa verdiyi ifadəsi məlum olub.

Reportyor.info: “Report”un xəbərinə görə, o, istintaq dövründə bildirib ki, 2004-cü ildə qaynı Taleh Abdullayev “Sahil D Kompani” MMC-ni təsis edib.

S.İbrahimov qeyd edib ki, 2006-cı ildə “İSR Holdinq”lə şifahi razılaşma əldə olunub: “Razılaşmaya əsasən, onların Xətai rayonunda yerləşən torpaq sahəsində hümdürmərtəbəli yaşayış binasını “Sahil D Kompani” tikməliydi, “İSR Holdinq” isə bu işdən pay alacaqdı. 2007-ci ildə Taleh Abdullayev payının 25 faizini mənə, 45 faizini İlham Qasımova, qalanını isə Mercan Hasan, Mercan Mövlana Əli, Mercan Ebubekir Bülent və Süleyman Ecevitə satdı. Daha sonra Taleh şirkətin direktoru vəzifəsinə öz qohumu Məzahir Cəfərovu təyin etdi. Məzahir Cəfərov da rəhmətə gedib. Bundan sonra bütün mənzilləri Məzahir Cəfərov satdı. 1999-cu ildə 95 faiz payı mənə aid olan “STS” şirkətini təsis etdim, direktor da Məzahir Cəfərov oldu. Bizim şirkət Səttar Bəhlulzadə 14 ünvanında yaşayış binasının tikintisinə başladı”.

Onun sözlərinə görə, 2006-2008-ci illərdə həmin ünvanda bina tikilib vətəndaşlara satılıb: “Satışı da Məzahir Cəfərov həyata keçirdi. 2008-ci ildə bina dövlət tədbiri ilə əlaqədar söküldü və oradan bina alanların bəzilərinə nağd pul verildi, bir çoxuna isə Məzahir Cəfərov tərəfindən “Sahil D Kompani”nin tikdiyi binadan mənzil verildi. “STS” və “Sahil D Kompani” şirkətlərinin möhürü həmişə Məzahir Cəfərovda olub. Bir dəfə mən Məzahirdən möhürü istəyəndə verməkdən imtina etdi və itirdiyini söylədi. Mən də Talehə müraciət edib, MMC-nin yeni möhürünü çıxartdırdım. O möhürü də Məzahirə verdim. Sonradan bilmişəm ki, Məzahir bir neçə adamdan pul alaraq saxta imza ilə 2-ci möhürlə onlara mənzil satıb”.

S.İbrahimov dindirilən zaman vurğulayıb ki, “Sahil D Kompani” şirkətinin tikdiyi yaşayış binası üçün 16,6 milyon dollar xərcləyib: “Lakin mən Məzahir Cəfərova “STS” şirkəti adından “Sahil D Kompani”nin tikdiyi binadan mənzil satması göstərişini verməmişəm. Məzahir mənim xəbərim olmadan öz imzası ilə “STS”in möhürünü vuraraq “Sahil D Kompani”nin mənzillərini satıb, pulları isə İlham Qasımovla birgə xərcləyib”.

Təqsirləndirilən şəxs söyləyib ki, həmin binadan mənzil alan şəxslərin əksəriyyəti ilə görüşməyib, onlardan pul almayıb: “Vətəndaşlarla Mızahir Cəfərov görüşüb, alqı-satqını da o həyata keçirib. Amma Zabit Hüseynovun Teymur Əliyev küçəsində yerləşən villasını mən almışam. Onunla razılığımız belə olub ki, ona 500 min dollar və 7 mənzil verəcəyəm. Nağd pulu onlara vermişəm, mənzillərin də əksəriyyətini onların adına keçirmişəm. Sadəcə 100 min manat borcum qalıb, onunla bağlı da borc müqaviləsi imzalamışam, qaytarmağa imkanım olmayıb”.

Daha sonra S.İbrahimov ifadəsində Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin tikdiyi binadan satılan mənzillərə görə yaranan vergi borcu ilə bağlı yalnız özünü təqsirli bildiyini qeyd edib. O deyib ki, MMC-dəki digər vəzifəli şəxslər, mühasiblər bundan məlumatsız olub.

S.İbrahimov bildirib ki, 1 milyon 438 min manat vergi borcundan istintaq dövründə 37 min manat ödənilib: “Qalan pulu isə ödəmək imkanım olmadığı üçün ödəyə bilmədim”.

İttiham aktında qeyd edilib ki, S.İbrahimov zərərçəkmişlərə dəyən 3 milyon manat məbləğində ziyanı ödəyib. Onlardan biri – Etibar Allahverdiyevə olan 141 min manat borca görə Baş Prokurorluğun Beynəlxalq Bankdakı hesabına 126 min manat pul köçürüb. Qanunsuz sahibkarlıqla əldə etdiyi 1 milyon manatlıq gəlirlə bağlı ödəniş etməyib.

Qeyd edək ki, S.İbrahimovun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırılır.

Əvvəlki yazı

Gürcüstanda seçki gərginliyi –Azərbaycanlıların yaşadığı rayona əlavə polis qüvvələri yeridildi + FOTO

Sonrakı yazı

Ərdoğandan möhtəşəm çıxış: Biz bitirəcəyik!

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.