“Azərişıq” ASC “Yeni Yasamal-2″ yaşayış sahəsində sakinlərə məlumat vermədən mexaniki sayğacları söküb, smartkartla işləyən sayğaclar quraşdırıb. Sayğac nə sayğac! Pulu su kimi içir. Əgər mexaniki sayğacdan istifadə edərkən bir ayda 8-9 manat enerji borcu ödəyirdimsə, smart sayğacların quraşdırıldığı bir ay deyil, 25 manat ödəmişəm, yenə çatmır”. Reportyor.info məlumat verir ki, jurnalist Müşviq Abdulla bu problemi yazıb.
Onun sözlərinə görə, bu azmış kimi hər yüklənən məbləğin 2 manatı avtomatik silinir: “Yəni yüklənən məbləğin 2 manatını istifadə etmək olmaz. Həmin məbləğdən istifadə abunəçinin özünə borc kimi yazılır. “Azərişıq” öz pulumuzdan sanki faiz tutur və 2 manatı borc kimi ayağımıza yazır. Qalan vəsait isə qısa müddətdə qurtarır. Qaçıb yükləyirsən, üstündən 4-5 gün keçməmiş eyni vəziyyət təkrar olunur. Yaxud elə qonşular var ki, mexaniki sayğacla bir ayda 15 manat ödəyirdisə, indi xərci 30-35 manata çatıb. İşləyən insanlar pul çatdıra bilmir. O zaman işləməyənlərin hansı vəziyyətə düşdüyünü özünüz düşünün”.