“Biz Dağlıq Qarabağın feodal elitasının (Qarabağda ləğv olunmuş separatçı rejimin rəhbərliyi) Qarabağ xalqından öz məqsədləri üçün istifadə etməyə cəhd etməsinə imkan verməyəcəyik”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 14-də hökumətin iclasında deyib.
“Biz çox səbirliyik… amma yenə deyirəm: bunu heç kim qarışdırmasın, bunu hakimiyyətin zəifliyi kimi qəbul edib dəyərləndirməsinlər. Ümid edirəm ki, dünənki mesajları alanlar onları qəbul edəcək və biz həmin mesajları konkret ünvanlara çatdırmağa nail olacağıq”, – deyə o qeyd edib.