21-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Araşdırma

05 İyun 2024, 13:45
Araşdırma
A A
AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Araşdırma

AZAL prezidenti Samir Rzayev APA-ya müsahibəsində uçuş saylarını artırdığını, bir sıra yeniliklər etdiyini bildirib. Bununla bərabər, bir sıra rəqəmlər də açıqlayıb ki, onların arasında biletlərin ucuz olması var. Tribunainfo.az mövzu ilə bağlı kiçik bir araşdırma apararaq, Samir Rzayevin “ötən ilə nisbətən biletlər 18 faiz ucuzlaşıb” açıqlamasını təftiş edib. Qeyd edək ki, Azərbaycan 4 ildir quru sərhədləri bağlayıb. Koronavirus səbəbindən bağlanan sərhədlərin daha sonra təhlüksəzilik məqsədi ilə qapalı saxlanılması dövlət səviyyəsində təsdiqlənib. Bu səbəbdən də Azərbaycan vətəndaşlarının ölkəyə giriş və çıxışları yalnız hava yolu ilə mümkündür.

Qiymətlərin ucuz olmasına gəldikdə isə güman ki, Samir Rzayev paralel dünyada yaşayır. Əks təqdirdə, bu böyüklükdə iddia ilə çıxış etməzdi. Bunun üçün AZAL prezidentinin çox uzağa getmədən, elə yaxın qonşulardakı uçuş biletlərinin qiymətlərinə diqqət yetirməsi kifayətdir. Yay mövsümü olduğundan Azərbaycandan xaricə gedərək, istirahət etmək istəyənlərin sayı artıb. Xüsusən Türkiyəyə gedənlərin sayı üstünlük təşkil edir. Bu zaman AZAL öz “məntiqi” ilə çıxış edərək, biletlərin qiymətlərini bahalaşdırmağa başlayıb.

Məsələn, iyulun sonları, avqustun əvvəllərinə Antalyaya indidən bilet almaq istəyən şəxs ən azı gediş-gəliş üçün 700 manat xərcləməlidir. Əgər 4 nəfərlik ailə bu istəyini həyata keçirmək istəsə, o zaman həmin rəqəm 2800 manat xərcləmək məcburiyyətindədir. Yayın isti aylarına doğru getdikcə, yəni daha qısa müddət üçün bilet alınması isə ayrıca müsibətdir. Çünki təkcə birtərəfli uçuş biletinin qiyməti 800 manatdan aşağı deyil. Analoji vəziyyət cəmi 55 dəqiqə uçuş məsafəsində olan Tiflis üçün də keçərlidir. Çünki Bakıdan Tiflisə və geriyə uçmaq üçün biletin qiyməti bir nəfər üçün ən yaxşı halda 350 avro təşkil edir.

İstanbul və digər şəhərlərə uçuşlarda da hər hansı fərq yoxdur. İndi isə qonşu dövlətlərə diqqət edək. Sanksiya altında olan İranda qiymətlər bizdən ən azı 3 dəfə ucuzdur. Məsələn, Təbrizdən İstanbula uçuş məsafəsi 1704 km olduğu halda “İran Air” şirkəti 10 kq əl baqajı və 20 kq baqajla birlikdə bir nəfər üçün bileti 100 manata təqdim edir. “Turkish Airlines” şirkəti isə eyni şərtlər çərçivəsində biletin qiymətini 120 manat müyəənləşdirib. Halbuki Təbrizdən İstanbula uçuş məsafəsi ilə Bakıdan İstanbula uçuş məasfəsi eynidir, arada 1 km-lik fərq var. O zaman sual olunur ki, eyni məsafə üzrə uçuşun qiymətlərindəki bu qədər kəskin fərq nəylə bağlıdır? Və ya bu qədər fərq niyə olmalıdır?

Gürcüstandan Türkiyə şəhərlərinə uçuşların qiymətini isə AZAL-la müqayisə etməyə dəyməz. Təsəvvür edin ki, İstanbula uçuş qiyməti 37 avrodan və ya 74 manatdan başlayır. Kutaisi limanından isə bu qiymət bir qədər də aşağıdır. Biz hələ Avropaya uçuşlar barədə danışmırıq, çünki müqayisəli rəqəmlər biabırçılıqdır.
İndi Samir Rzayevə sual edirik: Hörmətli AZAL prezidenti əgər həqiqətən də şirkətiniz biletlərin qiymətini 18 faiz aşağı endiribsə, niyə bu qədər bahadır? Qonşu dövlətlərdə qiymətlərin aşağı olmasının səbəbi nədir? Onlar sərnişinlərə AZAL-dakı kimi təyyarə ilə daşımırlar ki? Bəlkə yeni nəqliyyat vasitəsi icad ediblər, bizim xəbərimiz yoxdur? Bu o demək deyil ki, AZAL quru sərhədlərin bağlı olmasından sui-istifadə edərək, baha qiymətə bilet satmaqla məşğuldur? Ümid edirik ki, bizim suallarımıza cavab verəcəksiniz.

Əvvəlki yazı

Ayrılma səbəblərindən ən böyüyü… – Pərvin

Sonrakı yazı

Müğənni Mehin təcili əməliyyat olundu

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.