22-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda 4 uşaq anası evdən qaçdı – Təfsilat

31 May 2024, 15:01
Cəmiyyət
A A
Azərbaycanda 4 uşaq anası evdən qaçdı – Təfsilat

Abşeron rayonunda 1992-ci il təvəllüdlü Ceyhun ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fəridəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 17-də Abşeron rayonu, Xırdalan şəhərində mağazalar şəbəkəsinin 12 nömrəli filialının qarşısında baş verib.

Ceyhun küsülü olub izlədiyi arvadı Fəridənin həmin ərazidə avtomobilin qabaq sağ oturacağında əyləşərək sürücü ilə ünsiyyətdə olmasını görüb. Bundan əsəbiləşərək qısqanclıq zəminində həmin nəqliyyat vasitəsinə yaxınlaşıb və Fəridənin sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vurub.

Hadisəni törədən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə yaşayır, 2014-cü ildə Fəridə ilə ailə həyatı qurub, birgə nigahdan 4 övladları var:

“Təxminən 6-7 aydır ki, Fəridə uşaqlarımızı Beyləqan rayonunda anasının yanında qoyub, yəni üstünə ataraq Bakı şəhərinə gəlib və bir müddət keçəndən sonra geri qayıtdı. Bu minvalla dəfələrlə Fəridə Beyləqan rayonundan evdən çıxaraq gedib. Bir müddət sonra yenidən geri qayıdıb. Mən də məcburiyyət qarşısnda qalıb Xırdalan şəhərində AAAF park yaşayış kompleksinin yaxınlığında kirayə ev tutub onunla birlikdə yaşamağa başladım. Həmin evdə də Fəridə mənimlə yola getməyib və narazılqlar yaradıb. Mən 350 manat kirayə pulunu verə bilmədiyim üçün Fəridəyə dedim ki, evi dəyişib, bir qədər ucuz ev tutaq. Fəridə yenə də mənimlə razılaşmadı. Təxminən hadisədən 15 gün əvvəl evdən getdi. Onun harada olduğunu bilmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 16 radələrində Fəridə 20 yanvar metrostansiyasının yaxınlığında görüb, uşaqların xəstə olduğunu deyib: “Fəridədən uşaqların yanına qayıtmağını istədim. Fəridə də qayıtmaq istəmədiyi cavabı verdi. Həmin gün saat 22 radələrində Xırdalan şəhərində 120 saylı marşurut avtobusunun dayanacağında olarakən Fəridənin taksi ilə yanımdan keçdiyini gördüm. Onu müşahidə etməyə başladım və dalınca getdim. Fikirləşdim ki, Fəridə evə gedəcəkdir. Həmin taksi ilə Xırdalan şəhərində “Azbentonit” adlanan yerə tərəf qaranlıq olan istiqamətə getdiyini, qabaqda əyləşdiyini və sürücünün Fəridəyə yaxınlıq etmək, onu qucaqlamaq istədiyini gördüm. Avtomobilin qapısını açdım. Əsəbləşdiyim üçün onun sifət nahiyyəsindən bir dəfə yumruqla zərbə vurdum. Sürücü dərhal avtomobili idarə edərək getmək istəyərkən mən Fəridəni dartaraq avtomobildən yerə düşürtdüm. Fəridədən sürücünün kim olduğunu, nəyə görə onunla qaranlıq yerə gəldiyini soruşdum. Fəridə mənə taksi sürücüsü ilə heç bir əlaqəsi olmadığını, sadəcə söhbət etdiklərini dedi. Fəridə ilə bir qədər söhbətdən sonra ona bir daha uşaqların yanına qayıtmağını təklif etdim. Lakin Fəridə qayıtmaq istəmədiyini dedi. Sonra isə ona su alıb gətirməyimi istədi. Mən Fəridəyə su almağa gedərək geri qayıtdım. Artıq Fəridənin orada olmadığını gördüm. Fəridənin əyləşdiyi taksinin dövlət qeydiyyat nişanı və markasını xatırlamadığımı, Fəridəni qısqanclıq zəminində vurduğumu, onun taksi sürücüsü ilə yaxınlıq etmək və taksi sürcüsünün onu qucaqlamaq istədiyini gördüyüm üçün sifət nahiyyəsindən 1 dəfə yumruqla zərbə vurmuşam”.

İş üzrə zərərçəkmiş Fəridənin sözlərinə görə, əri Ceyhun ilə əvəllər münasibətləri normal olsada, təxminən 4-5 aydır ki, münasibətləri normal deyil: “Buna səbəb Ceyhun məni qısqanıb. Aramızda olan narazılıqlardan sonra 4 övladımı da saxlayıb Beyləqan rayonundan Xırdalan şəhərinə gəldik. Ceyhun mənim arxamca gəlib və Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin yaxınlığında kirayə ev tutub bir müddət yaşasaq da, lakin evin kirayə pulunu ödəyə bilməmişik. Ona görə də həmin evdən çıxaraq Nəsimi rayonu, Mir Cəlal küçəsində bacımın evinə köçdüm”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 20-21 radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığından işlə əlaqədar Xırdalan şəhərinə gedərkən Ceyhunla rastlaşıb: “Ceyhun məni çay içməyə dəvət etdi. Söhbət əsnasında mənimlə barışmaq istədiyini dedi. Mən Ceyhunla razılaşmadım. Taksiyə əyləşərək Xırdalan şəhərinə getdim. Saat təxminən 22 radələrində Xırdalan şəhərinə gəldim. Yolun kənarında “Oba” marketin qarşısında taksi sürücüsü avtomobili saxladı və əyləşdiyim qabaq sağ oturacaqdan yerə düşmək istəyərkən qəfildən Ceyhun avtomobilin qapısını açaraq yumruqla bir neçə dəfə sifət nahiyyəmdən zərbə vurdu. Məni dartaraq avtomobildən yerə düşürdü. Bundan sonra taksi sürücüsü getdi. Ceyhun məni döyəndən sonra su alıb geri qayıdacağını dedi, bir daha geri qayıtmadı. Halım pis olduğundan tanımadığım şəxs mənə yaxınlaşaraq Abşeron rayon Mərkəzi Xəstəxanasına apardı”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ceyhunun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Əvvəlki yazı

AQTA əhalini infarkt edib: öldürücü yağlar satışda…

Sonrakı yazı

Bank “BTB” məhkəməyə verilib

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.