Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Kreml Ukraynaya “F-16” qırıcılarının tədarükünə “NATO-nun nüvə sahəsində siqnalı” kimi baxacaq.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, S.Lavrov “F-16”-ların nüvə silahı olmayan Ukraynaya ötürülməsini özünəməxsus şəkildə Rusiyaya qarşı nüvə təhdidi kimi qələmə verib. Onun sözlərinə görə, bu tip qırıcılardan uzun illər NATO-nun birgə nüvə missiyaları çərçivəsində istifadə olunub: “Buna görə də biz Kiyev rejiminə bu sistemlərin verilməsini NATO-nun nüvə sahəsində məqsədyönlü siqnal hərəkəti kimi qəbul etməyə bilmərik. Onlar bizə başa salmağa çalışırlar ki, ABŞ və NATO Ukraynada hər şeyə hazırdır”.