21-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bacısından Şəhriyarın fikirlərinə – Reaksiya

22 May 2024, 12:21
Cəmiyyət, Manşet
A A
Bacısından Şəhriyarın fikirlərinə – Reaksiya

Azərbaycan qadın şahmat millisinin üzvü Zeynəb Məmmədyarova qardaşı, kişi şahmat yığmamızın üzvü Şəhriyar Məmmədyarovun “qadınlar hər sahədə kişilərdən geridədir” fikrinə münasibət bildirib.

“Qafqazinfo”ya açıqlama verən Zeynəb Məmmədyarova qardaşı ilə razılaşdığını bildirib. O qeyd edib ki, istənilən sahədə güclü kişilər güclü qadınlardan daha çoxdur:

“Mən Şəhriyarın fikirləri ilə razıyam. Hər insanın düşüncəsi, fikri, məqsədi fərqlidir və ümumi deyilən sözü hər kəs başqa cür yozur. Sadəcə Şəhriyar o fikirləri elə deyə bilərdi ki, xanımlarımız inciməsinlər. Düşünürəm ki, kişilərin uğurlarının arxasında xarakteri güclü olan qadınlar dayanır. Əgər kişinin fikrini tamamlayan qadınlar olmasa, onlar da ideal nəticələr göstərə bilməzlər. Şəhriyarla niyə eyni düşüncədə olduğuma aydınlıq gətirim. Belə ki, uğurlarımızda atamın rolu böyük olub, onun düşüncələri önəmli yerə sahibdir. Onun qurduğu planlar, cızdığı yol bizə təsir edib. Amma atam bunları qətiyyən təkbaşına həyata keçirə bilməzdi. Onun fikirlərini diqqətlə, hörmətlə, qayğıyla dəstəkləyən anam olub. Əgər anamın fikri başqa cür olsaydı, atamın dedikləri ilə razılaşmasaydı, desəydi ki, gəl uşaqları başqa sahəyə yönləndirək, narazılıq olsaydı, hər gün valideynlərimiz arasında fikir ayrılığı olsaydı, ikisi də bizi şahmatda dəstəkləməsəydi, belə nəticələr olmazdı.

Biz həyatda mübarizə aparmışıq, şahmatda yaxşı olmaq üçün saatlarla məşq etmişik. Bizim başımızın üstündə rəhbər olaraq atam dayanıb, anam isə ona dəstək olub. Məsələn, anamız qoymazdı ki, atamdan icazəsiz nəsə edək. Heç vaxt belə bir şey olmayıb. Atamla anam işlərini elə qurublar ki, nəticədə biz də düzgün yolda olmuşuq. Əgər biz məşqlərdən yorulanda anamıza deyib həyətə düşsəydik, filmə baxsaydıq, uğurumuz da olmazdı. Uğur qazanmaq üçün valideynlərim sərt üzlərini göstərə bilib. Düşünürəm ki, atamın uğurları bizlərik, Şəhriyardır və bizik. Şəhriyar böyük hörmətə sahibdir, bir çox ölkələrdə tanınır.

Ölkəmiz günü-gündən inkişaf edir, dünyaya göstərdik ki, necə güclü ölkəyik. Dövlətimizin gücünü hər kəs gördü. Ölkə rəhbərliyinə baxsaq, Prezidentimiz İlham Əliyevin yanında güclü xanım dayanıb. Dəfələrlə yarışlarda olanda mənə deyiblər ki, sizin ölkənin Birinci xanımı Mehriban Əliyeva çox güclü və gözəl xanımdır. Bu gün Mehriban xanımın həyat yoldaşına, cənab Prezidentə dəstəyini bütün dünya görür. Yenə də görürük ki, güclü kişinin yanında güclü qadın var.

Şəhriyarın fikirlərinə gəlincə, o, çox gözəl sual verdi ki, “hansı sahədə qadınlar kişilərdən üstündür?” Yəni, şahmatda güclü bir qadın olub – Yudit Polqar. Başqa kimin adını çəkə bilərik? Çoxluq kişilərdir. Qadınlar var, amma üstünlük kişilərdədir.

Mən bir xanım olaraq 3 övlad böyüdürəm. Kişilərin işi isə tamam başqadır. Onlar bir istiqamətə tam köklənə bilirlər. İdeologiyalarını həyata keçirmək üçün diqqətlərini cəmləyən varlıqdırlar. Kişiləri bu zaman nə uşaqları, nə həyat yoldaşları narahat edə bilər. Amma qadın bir iş görəndə fikrini tam ona cəmləyə bilmir. Versə də, hər şeyi yenə düşünür. Uşağı düşünür, ailəni düşünür. Ana övladını unuda bilməz, məişət problemlərini unuda bilməz. Qadının fikri tam bir şeyə cəmlənə bilmir. Əvvəlcə bunu qəbul etmək lazımdır. Allah qadını başqa, kişini başqa cür yaradıb. Qadının beynində müxtəlif düşüncələr olur. Çünki onlar daha çox şey düşünür və istəyir, daha tez başa gəlməsi üçün çalışır. Kişilər isə işinə köklənir. Bu gün dünyada güclü qadınlar barmaqla sayılacaq qədərdir, kişilər isə daha çox və hətta qat-qat çoxdur. Məsələn, siz hansısa sahədə güclü qadın göstərə bilərsiniz, amma mütləq ondan daha güclü kişi var. Bu cür düşünürəm. Mənim fikrim qardaşımın sözlərini tamamlayar”.

Şahmatçımız qadınlarla bağlı həyata keçirdiyi layihələrdən də söz açıb: “Mən Azərbaycan Şahmat Federasiyasında Qadın və sosial komissiyanın sədri olaraq Saatlıda 4 rayonu əhaət edən xanımlar üçün yarış keçirdim. Bütün layihələrimdə xanımlara dəstək olmağa çalışıram. Mənim məqsədim ölkəmə xidmət etməkdir, Azərbaycan üçün əlimdən gələni etməyə çalışacağam. Məqsədim Azərbaycan xanımlarına dəstək olmaqdır. Onlar gələcəkdə yüksəksəviyyəli şahmatçı olmasalar da, bunu övladlarına öyrədə bilsinlər. Həmçinin intellektual səviyyələri yuxarı olsun. Gələcəkdə ana olarkən övladlarının təhsilində bu rol oynayacaq. Bizə intellektual, müdrik qadınlar lazımdır. Onsuz da Azərbaycan xalqı müdrik xalqdır. Uşaqlar son zamanlarda çox lazımsız işlərlə məşğul olurlar. Telefon, planşet və sosial şəbəkələr qızlarımızın həyatına yaxşı təsir göstərmir. İstəyirəm ki, daha yaxşı olsun, şahmatla maraqlansınlar, beyinləri inkişaf etsin. Şahmat beyin gimnastikasıdır və bu, gələcəyə təsir edir. Bir cəmiyyətin güclü olması üçün onların qadınları güclü olmalıdır. Vətənpərvər, təhsilli, savadlı xanımlarımız gələcəyimizdir”.

Əvvəlki yazı

Rəisi dəfn edilir: Xamenei tabut önündə – Fotolar

Sonrakı yazı

Cəmil Həsənlinin nəvəsinə bahalı avtomobili kim bağışlayıb? – Foto

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.