İran Prezident İbrahim Rəisinin həlak olduğu məlum helikopter qəzasından sonra ABŞ-dən kömək istəyib.
“AzPolitika” xəbər verir ki, bu bsrədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə açıqlamsında bildirib.
“Qarşı tərəfə bu vəziyyətdə istənilən hökuməti dəstəkləməyə hazır olduğumuzu çatdırdıq. Ancaq logistik səbəblərə görə yardım göstərə bilmədik”,-deyə o qeyd edib.
Miller yardımın məzmunu barədə ətraflı məlumat verməyib.
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətini daşıyan helikopter mayın 19-da qəzaya uğrayıb. Qəzadan sağ qurtulan olmayıb.