Ötən gün Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Cəmiyyəti Azərbaycan Respulblikası Ekologiya və Təbii Sərvətlər nazilriyi , Yeni Azərbaycan Partiyası Binəqədi rayon şöbəsi, Binəqədi Rayon İcra Hakimiyyəti ilə birlikdə “Mən yaşamağa başladım” layihəsinin davamı olaraq yeni bir kompaniyaya start verib. Belə ki, təyin olunmuş ərazidə “Mən yaşamağa başladım” layihəsinin iştirakçısı olan hər bir pasient öz sağlamlığının simvolu olaraq yeni bir agac əkib .
Layihənin davamı olaraq artıq 500-cü əməliyyatın tamamı olaraq “hərəyə bir agac əkək” devizi ilə 500 ağac əkilib. Bu aksiya həm də mühüm mənəvi-psixoloji əhəmiyyət daşıyır. Belə ki,əkilən hər bir ağac həyatın çətinliklərindən qorxmayan, mübarizə əzmi ilə ona sinə gərərək uğur qazanan pasientlərin ümid ağacıdır. Əkilən hər bir ağac gələcəyə baxışdır-inam dolu, ümüd dolu bir baxış. Keçirilən aksiya özünü cəmiyyətdən təcrid edilmiş sanan, özünə qapanan insanların reablitasiyası üçün də mühüm əhəmiyyət daşıyır.
Bu gün bütün dünyada artıq çəkidən əziyyət çəkən insanların sayı milyonlarladır. Sağlam həyat tərzinə qovuşmaq,gözəl bədən quruluşuna sahib olmaq istəyən bu insanlar çox zaman arzularını reallaşdırmaq üçün həyatlarını təhlükə qarşısında qoyurlar.
Həddindən artıq köklük orqanların yağlanmasına, nizamsız işləmələrinə və hormonal tarazlığın pozulması kimi müxtəlif xəstəliklərə səbəb olur. Köklərdə daha sıx görülən xəstəlikləri belə sıralaya bilərik: Nəfəs darlığı, ağciyər, qaraciyər və öd kisəsi xəstəlikləri ilə öd kisəsində daş meydana gəlməsi, ürək və damar xəstəlikləri və buna bağlı yüksək təzyiq xəstəliyi, şəkər xəstəliyi, oynaq və əzələlərdə revmatik ağrılar, qadın xəstəlikləri, adət nizamsızlığı, dəri altı yağ toxumasının çox olması dəri infeksiyalarının əmələ gəlməsi, əzələlərdə və ayaqlarda göbələk infeksiyası və sairədir. Bütün bunlara kök adamın əsəbi, stress altında yaşadığını, yuxusuzluğu əlavə etsək, mənzərənin son dərəcə acınacaqlı olduğunu görə bilərik. Bütün bu xəstəliklər xroniki hala gələrsə təəssüf ki, erkən ölümlər baş verir.
Son illərdə “Modern Hospital” və Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Cəmiyyəti bu istiqamətdə çox mühüm işlər görüb. Artıq çəkidən əziyyət çəkən və bu səbəbdən özünü cəmiyyətdən təcrid olunmuş sanan şəxslərin yenidən reablitasiyası üçün silsilə aksiyalar həyata keçirilr. Son ağacəkmə aksiyası bu istiqamətdə atılan təqdirə layiq addımdır.
Belə ki, uğur qazanan, öz sağlamlığına qovuşan, iradəsinin, əzminin mükafatı olaraq artıq çəkidən azad olan 500 pasiyent hərəyə bir ağac əkməklə cəmiyyətə mesaj veriblər. Bu həm də insan iradəsinin hər şeydən güclü olduğunu, qarşıya qoyulan məqsədə çatmaq üçün iradənin, əzmin vacibliyini hər kəsə nümayiş etdirir. Eyni zamanda ölkəmizdə bu sahədə mühüm işlərin görüldüyü, Modern Hospitalın qazandığı uğurların əyani göstəricisi olan buaksiya bir daha sübut edir ki, hər kəsd öz sağlamlığına qovuşmaq üçün öz sahəsinin mütəxəsisi olan həkimlərə etibar edə bilər.
Aksiyada iştirak edən 500 pasiyent məhz bu imidin, inamın xoşbəxt sonluğunu yaşayan insanlardır. Onların əkdiyi ağaclar da sağlam gələcəyə ünvanlanan bir mesajdır. Bu həm də Azərbaycan səhiyyəsinin, Modern Hospitalın qazandığı uğurların “yaşıl təzahürüdür” . Arzu edirik ki, illər keçdikcə bu ağacların sayı da artsın- sağlam, gözəl həyat hər kəsin qisməti olsun.
Nicat Mahmudov
Rubrika.Az