11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BİNƏQƏDİDƏ “NUH TUFANI”:Prezident sərəncamının icrasını ləngidənlər xalqın başında dəlləklik öyrənir

27 Noyabr 2018, 10:51
Sosial
A A
BİNƏQƏDİDƏ “NUH TUFANI”:Prezident sərəncamının icrasını ləngidənlər xalqın başında dəlləklik öyrənir

Paytaxtın sahəsinə görə ən böyük rayonu olan Binəqədidə yerli əhalinin narazılıqlarının sosial gərginlik təzahürünə çevrilməsi ehtimalı böyükdür. Rayonun eyniadlı qəsəbəsində bıçaq artıq xirtdəyə dirənib, sakinlər çarəsizliyə qapılıb.

İlk baxışdan səbəb çox bəsit görünür, amma vəziyyətin təhlili göstərir ki, əslində, etirazın yaranması arxasında səlahiyyətlilərin əllərini başları arxasına qoyaraq mürgüləməsidir.

Ötən həftə (3-cü mədən küçəsi, korpus 120 ünvanında yaşayan) bir qrup Binəqədi sakininin şikayətinin KİV-də əksini tapmasından sonra məsələni dərindən öyrənməyə ehtiyac yarandı.

Məlum oldu ki…

Prezidentin “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, Binəqədi (kənd) qəsəbəsi ərazisində bir sıra mühüm sosial obyektlərin tikintisi nəzərdə tutulub, hər bir müvafiq dövlət qurumunun konkret vəzifələri göstərilib.

Dövlət başçısının sərəncamında xüsusi diqqət çəkən qəsəbədə 3 orta məktəbin istifadəyə verilməsidir. Bu məktəblərdən biri (282 saylı) sənəddə qeyd olunan dövrdə, yəni 2014-2016-cı illərdə tam tikilərək hazırda istismar olunur. Lakin digər iki məktəbin – 179 saylı və 960 şagird yerlik 205 saylı məktəbin sökülərək yenidən inşasımüvafiq dövrdə tamamlanmayıb.

Qəsəbədəki poliklinika və təcili yardım stansiyası ilə qonşuluqda olan təhsil müəssisələrindən biri (179 saylı) yalnız bu il istifadəyə verilib. Təkrar edək, 2018-ci ildə!

İdman-Sağlamlıq Mərkəzi ilə yanaşı olan ikinci bilik ocağının inşası isə, qeyri-rəsmi açıqlamaya əsasən, yalnız 2019-cu ildə başlamalıdır.

Prezidentin sərəncamında göstərilən tarixə rayon icra hakimiyyəti və bələdiyyə səlahiyyətlilərinin, yumşaq desək, laqeydliyinin səbəblərini araşdırmaq artıq çox gecdir. Bununla bağlı suallara sabiq başçı Xaləddin İsgəndərov verə bilərdi. Onun qara mirasını almış yeni rəhbərlik də məsələnin dərinliyinə getməkdə həvəsli görünmür.

Yeni icra başçısı Elxan Allahverdiyevi hələ ki qəsəbədə görən olmayıb. Bələdiyyə üzvləri isə son günlərdə şikayətləri KİV-ləri dolaşan yerli sakinləri dinləmək üçün əraziyə gələndə, bir neçə dəqiqəlik ünsiyyətdən sonra soyuqdur deyə, maşınlarına minməyə tələsirlər.

Məlumat üçün qeyd edək ki, Prezidentin məlum sərəncamında göllərin (Xocasən, Binəqədi, Lökbatan, Qaradağ, Qu, Zabrat, Zığ, Bülbülə) ekoloji vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi qeyd olunub. Tikintisi 2014-2016-cı illərdə başa çatdırılmayan 205 saylı məktəbin sökülərək yenidən tikilməsi də məhz bu göllərdən birinin ərazisində aparılmalıdır.

Ötən illərdə Binəqədi-Mehdiabad-Novxanı yolu üstündə, İdman Sağlamlıq Mərkəzi ilə üzbəüz yerləşən həmin ərazidə gölün qurudulması üzrə işlər artıq 3 ilə yaxındır ki, davam edir. İş artıq tamamlanmaq üzrədir.

Amma rayon səlahiyyətliləri bu işi görərkən, böyük ərazinin çirkab sularının hara axıdılacağı barədə heç düşünməyiblər. Buna görə də, magistral yolun həm sağ, həm də sol tərəfi hazırda kanalizasiya sisteminə malik deyil.

Məlum ərazidə “Nuh tufanı” yaşanır. Yağıntı və kanalizasiya sularının axıdılmasında tıxac yaranıb. Yerli bələdiyyənin tapdığı “zəkalı çarə” evlərin boy atdığı küçədə “arx” çəkilməsidir. Sakinlər səlahiyyətlilərdən problemin təcili həllini gözləyir, amma görünən budur ki, daş qayaya rast gəlib.

Üstəlik, yerli bələdiyyə Balaxanı zibil emalı zavoduna daşınmalı olan tullantıları da həmin əraziyə yönəldir.

Beləliklə, ərazidə iki problem üst-üstə gəlib.

Sakinlər deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bixəbər olduğuna inanan, daşa dönsün!

Binəqədi sakinlərinin şikayətində bir haqlı məqam da var: “Yaxşı, lap gec də olsa, 205 saylı məktəbin binası hazır oldu, məgər 960 şagirdə və sayını bilmədiyimiz müəllim heyətinə kanalizasiya lazım olmayacaq? Axı onlar təbii ehtiyaclarını ödəmək üçün üzlərini divara tutmayacaqlar ki…”

“Azərsu” ASC-nin çirkab suları ilə bağlı problemə barmaqarası baxışı da ən azı qəribədir. Çünki kanalizasiya xəttinin çəkilərək yaxınlıqdakı kollektora birləşdirilməsi məhz ASC-nin işidir.

Prezident İlham Əliyev geniş tərkibli müşavirələrin hər birində məmurları vətəndaşların sosial qayğılarına xüsusi diqqət göstərməyi tələb edir: “Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır”.

Bu mənada Binəqədi qəsəbəsində yaranmış problem Bakı şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov və Binəqədi rayon İcra Hakimiyyətinin yeni başçısı Elxan Allahverdiyev üçün ciddi sınaqdır. Onlar və digər səlahiyyətlilər ya təcili tədbirlər görməli, ya da vəzifə kürsülərini sözü və əməli üst-üstə düşən, işgüzar şəxslərə təhvil verməlidirlər.

Strateq.az

Əvvəlki yazı

ABŞ-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ KRİTİK HƏFTƏ –Konqres “F-35 proqramı”yla bağlı qərar verə bilər – TƏHLİL

Sonrakı yazı

Rəşid Behbudovun qızından nazirliyə istehza və ittihamlar:“Atam məmurların, oliqarxların jestinə layiq ola bilmədi…”

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.