22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TƏCİLİ: Ukrayna Rusiyaya genişmiqyaslı HÜCUM etdi

17 May 2024, 11:38
Dünya, Manşet
A A
TƏCİLİ: Ukrayna Rusiyaya genişmiqyaslı HÜCUM etdi

Mayın 17-də gecə və səhər saatlarında Rusiyanın bir neçə bölgəsi və işğal edilmiş Krım yarımadası pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Ukraynaya məxsus pilotsuz təyyarələr Krasnodar vilayətinin Tuapse şəhərindəki neft emalı zavoduna zərbə endirib. Regional əməliyyat qərargahının məlumatına görə, hücumda iki pilotsuz təyyarə iştirak edib.

Məlumatda qeyd olunur ki, dronların düşməsi nəticəsində neft emalı zavodunun ərazisində yanğın baş verib. İlkin məlumata görə, itki yoxdur. Səlahiyyətlilər daha sonra yanğının qarşısının alındığını bildiriblər. Tuapse kurort şəhəri Qara dənizin sahilində, Soçi və Krasnodar yaxınlığında yerləşir və əsas liman hesab olunur.

“Rosneft”in neft emalı zavodu da Tuapsedə yerləşir. Yanvar ayında onun müəssisələrindəki vakum qurğusu pilotsuz təyyarənin zərbəsi nəticəsində sıradan çıxarılmışdı.

“Astra” “Telegram” kanalının məlumatına görə, Novorossiyskdə yerli sakinlər 35-dən çox partlayış səsi eşidiblər. “Mash” “Telegram” kanalı yazır ki, dəniz limanı hücuma məruz qalıb. Başqa kanallar da dron zərbələrindən sonra Novorossiyskdə ictimai nəqliyyatın işləmədiyini, təhsil müəssisələrində dərslərin ləğv edildiyini, bəzi küçələrin bağlandığını, dəmiryol vağzalı yaxınlığında neft qurğusunun yandığını bildiriblər.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin gecə saatlarında “Novorossiysk ərazisində mülki obyektlərə hücum cəhdi” uğursuz olub. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri 10-dan çox pilotsuz uçan aparatı vurub, nəticədə yerdə kiçik yanğınlar baş verib, onu da söndürüblər. Ölən və yaralananlar olmayıb. Lakin o, pilotsuz təyyarənin hücumu nəticəsində hansı obyektlərin zədələndiyini dəqiqləşdirə bilməyib.

Mayın 17-nə keçən gecə pilotsuz təyyarələr işğal edilmiş Sevastopola da hücum edib. Şəhərin Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvozyaev iddia edir ki, rus hərbçiləri onlarla dron və beşdən çox pilotsuz qayığı məhv edib. Ölən və yaralananlar olmayıb.

Gecə hücumundan sonra Sevastopol yarımstansiyası zədələnib. Razvozyaevin sözlərinə görə, onun bərpası təxminən bir gün çəkəcək. “Bərpa işləri aparılarkən, şəhər kifayət qədər enerji ala bilməyəcək, buna görə də elektrik enerjisində fasilələr olacaq”, – o əlavə edib.

Hakimiyyət bütün məktəblərdə və uşaq bağçalarında dərsləri ləğv etmək qərarına gəlib.

Rusiya Müdafiə Nazirliyi 102 PUA-nın məhv edildiyini bildirib. Məlumatda iddia olunur ki, Krım səmasında 51, Krasnodar diyarı üzərində isə 44 pilotsuz təyyarə vurulub. Həmçinin Belqorod və Kursk vilayətləri üzərindədə dronlar məhv edilib. Qara dənizdə Ukraynaya məxsus 6 pilotsuz katerin də məhv edildiyi iddia olunur.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, kamikadze pilotsuz təyyarənin avtomobilə hücumu nəticəsində iki nəfər – qadın və onun dörd yaşlı uşağı həlak olub. Daha bir pilotsuz təyyarə Bessonovka kəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə düşüb. Partlayış nəticəsində çənlərdən biri yanıb. Qladkov yazır ki, yanğın tez bir zamanda söndürülüb.

Ukrayna tərəfi hücumlarla bağlı rəsmi açıqlama verməyib.

Əvvəlki yazı

Lukaşenko Füzuliyə getdi

Sonrakı yazı

“Elmed Medical” və həkimi hakim qarşısında

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.