22-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Anamın sevgilisi vardı” – İki nəfəri qətlə yetirən gənc

13 May 2024, 14:28
Cəmiyyət
A A
“Anamın sevgilisi vardı” – İki nəfəri qətlə yetirən gənc

Bakıda bayram günü kafedə 2 nəfəri qətlə yetirməkdə təqsirli bilinən Arif Bəhərçiyevin cinayət işinin məhkəməsinin ilkin baxış iclası keçirilib.

“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktı ilə çıxış edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Arif Bəhərçiyev silah qismində istifadə edilən əşyadan istifadə etməklə, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq edərək, iki şəxsi qəsdən həyatdan məhrum edib.
Belə ki, o, 31 dekabr 2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən, anası Gülnurə Bəhərçiyevanın icarəyə götürdüyü və birlikdə işlətdikləri adsız kafedə olduqları zaman, qarşıdan gələn yeni il münasibəti ilə əlaqədar kafedə olan şəxslərlə spirtli içki qəbul edib.

O, anası Gülnurənin ailəvi dostlarından olan Namiq Orucovla uzun müddətdir aralarında sevgi münasibətləri olmasından şübhələnib.

Həmin gün atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması məqsədilə Gülnurə Bəhərçiyevanı kafenin daxilinə çağırdıqda anası bu çağırışa məhəl qoymayıb.

Anası isə kabab bişirməyə davam etməklə Namiq Orucovun yanında qalmasını bəhanə edib.

Təqsirləndirilən şəxs Gülnurǝ Bəhərçiyevanı saçından dartıb itələmiş, onların səs-küyünü eşidib hadisədən xəbərdar olan atasının təkidi ilə kafenin digər zalına keçib.

Bu məqamda Namiq Orucov ictimai qaydanın qarşısını almaq üçün onun bu davranışlarına son qoymağın tələb edib.

Arif Bəhərçiyev isə Namiq Orucovun bu hərəkətindən daha da hiddətlənib. Arif mətbəxdən bıçaq götürərək, onun ünvanına nalayiq söyüşlər söyüb və sonuncunun qarın nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq öldürüb.

İttiham aktında o da qeyd olunub ki təqsirləndirilən şəxs bununla kifayətlənməyərək onları ayırmağa çalışan Ramil Səfərovu eyni bıçaqla döş qəfəsi nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq öldürüb.

Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü qismən təqsirli bilib.

Daha sonra təqsirləndirilən A. Bəhərçiyev ifadə verib.

“Namiq hamıya bizim kafeni öz kafesi olduğunu deyirdi. Bundan istifadə edib hamıdan borc götürürdü. Borcu verməyəndə də hamı bizim üstümüzə gəlirdi. Namiq mənə demişdi ki, bayramdan sonra bir dəfəlik gedəcək. Hadisə günü o məni çox əsəbləşdirdi. Axşam atam müştəriləri yola salmaq üçün məni mətbəxə çağırdı. Mətbəxdə çörək doğruyanda anam ilə dalaşdım. Onun saçından tutub dartdım. Atam görməsin deyə ortalığı sakitləşdirdim. Bu vaxt Namiq üstümə cumdu. Namiqlə dalaşa-dalaşa kafenin qabağına çıxdıq. Çölə çıxmamışdan mətbəxdən bıçaq götürmüşdüm. Namiq əlimdə bıçağı görmüşdü, ancaq yenə söyürdü. Mən də əsəbləşdim Namiqi bıçaqla vurdum. Sonradan özümü itirdim. Arxadan kimsə məni tuturdu. Bilmədim kim idi,  çönüb baxanda gördüm ki, məni tutan Ramildir. Bu vaxta qədər onunla problemim olmayıb. Birlikdə çörək kəsmişik. Ramili itəliyəndə özüm də bilmədən bıçaq ona girdi. Sonra bilmədim neynəyim, polis deyə qışqırmağa başladım. Polislər gəldi məni tutdu. Polislərə dedim ambulans çağırın. Ambulansı Ramilə görə istəyirdim. Axırıncı dəfə Ramili görəndə yaşayırdı. Sonradan öyrəndim ki, ölüb”.

Növbəti məhkəmə prosesi iyunun 3-nə təyin edilib.

Arif Bəhərçiyevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Əvvəlki yazı

İcra başçısı sakinlər yaşaya-yaşaya binanı sökdürür – VİDEO

Sonrakı yazı

Xalq artistindən canlı ifa – VİDEO

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.