
Ötən günlərin xəbərləri içərisində çoxlarının diqqətini cəlb etməyən, ilk baxışdan sıradan bir informasiya təsiri bağışlayan məlumat ölkədəki banklardan birinin adını dəyişdirməsi oldu. Söhbət “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC kimi yola davam etməsindən gedir.
Reportyor.info: Sfera.az xatırladır ki, sözügedən bank artıq ikinci dəfədir ki, adını dəyişir. Belə ki, bank fəaliyyətinə 1994-cü ildən “Azal Səhmdar Kommersiya Bankı” adı altında başlayıb. 2008-ci ildən onun hüquqi varisi olaraq “Bank Silk Way” ASC adı altında fəaliyyət göstərib, axırıncı dəyişiklikdən sonra isə “Premium Bank” adlandırıldı.
Sual oluna bilər ki, çoxlarının diqqət belə etmədiyi bu məqama xüsusi maraq göstərməyimizin səbəbi nədir?
Sfera.az olaraq əslində məsələnin sadəcə ad dəyişdirməklə kifayətlənmədiyi qənaətindəyik və bunun üçün müəyyən əsaslar da yox deyil. Son illərin təcrübəsi və yazılmamış qaydaları düşünməyə vadar edir ki, bankın və ya hansısa müəssisənin adının dəyişdirilməsi əslində onun faktiki sahibinin dəyişdirilməsi anlamına gəlir. Təbii ki, adddəyişmənin həmişə əldəyişmə anlamına gəldiyini də iddia etmirik. Heç “Bank Silk Way” ASC-nin bundan sonra “Premium Bank” adlandırılmasında da hansısa gizli məqamlar və ya müəmma da axtarmazdıq… Əgər bu addəyişmə olayına qədər ortada bəzi suallar və problemlər olmasaydı. İndi isə sözügedən bankın adının dəyişdirilməsinə qədər olan müəyyən ştrixlərə nəzər salmağa çalışaq.
Ondan başlayaq ki, sözügedən bank AZAL rəhbəri Cahangir Əsgərovun ailə şirkəti hesab olunan “Silk Way Holding” MMC-nin tərkib hissəsidir. Bu həmin “Silk Way Holding” MMC-dir ki, ona uzun illər Cahangir Əsgərova yaxın qohumluğu çatan Zaur Axundov rəhbərlik edib. Zaur Axundov holdinqdən yalnız bu yaxınlarda uzaqlaşdırılıb. Buna səbəb kimi isə holdinqin fəaliyyəti üçün Beynəlxalq bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaşanması göstərilir. Belə ki, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ancaq kredit bu günə qədər qaytarılmayıb. Ehtimal olunur ki, Beynəlxalq Bankdan verilən digər iri həcmli kreditlərdə olduğu kimi, burda da ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Beynəlxalq Bank ətrafında yaşanan məlum olaylardan sonra isə çoxları kimi “Silk Way Holding”in də fəaliyyəti təftiş edilib və görünən odur ki, indi holdinq heç də arzuolunan dövrünü yaşamır.
“Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.
Airport Gate
Airport Hotel
Azal Sığorta
Baku Cargo Terminal (BCT)
Duty Free
Euroasian Cargo
Ground Handling Company (GHC)
Silk Way Airlines
Silk Way Bank
Silk Way Business Aviation
Silk Way Construction
Silk Way Helicopter Services (SWHS)
Silk Way Technics (SWT)
Silk Way Information Technologies (SWIT)
SW Catering & Supply
Sky Catering
SW Travel


Orxan
Sfera.az