27-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.

09 May 2024, 16:14
Cəmiyyət
A A
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.

Azərbaycanın Şərqi Avropa ölkələri ilə daha sıx mədəni əlaqələri qurduğu olan dövlətlərdən biri, məhz Bolqarıstandır. Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprel ayından etibarən fəaliyyət göstərir.
Azərbaycan-Bolqarıstan əlaqələri illər keçdikcə daha da inkişaf edərək dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ilə daha da güclənmişdir. Prezident İlham Əliyev 2005-ci ilin sentyabrında, 2009-cu ilin noyabrında və 2015-ci ilin martında Bolqarıstana bir sıra rəsmi və işgüzar səfərlər etmişdir. Sonuncu səfər enerji layihələri və qarşılıqlı sərmayələrlə bağlı müzakirələrlə yanaşı, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə bağlı müzakirələr idi.
Bununla belə, enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir. Bu tərəfdaşlığın əsasını qoymuş Cənub Qaz Dəhlizi Layihəsinə gəldikdə, Prezident İlham Əliyev və Aİ-nin o vaxtkı xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış Məşvərət Şurasının Birgə Bəyanatında Bolqarıstan onun fundamental elementlərindən biri olaraq qeyd olunmuşdur.
Uzun illər ərzində Rusiyanın təzyiqi altında olan Bolqarıstan Moskvadan asılılığını azaltmaq üçün Azərbaycanla strateji enerji əməkdaşlığına başladı və Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisi bu istiqamətdə həlledici addım oldu. Azərbaycan qazını Bolqarıstana çatdıran İGB 2022-ci il oktyabrın 1-də Bolqarıstanda prezident İlham Əliyev və Ursula fon der Leyenin də daxil olduğu yüksək səviyyəli şəxslərin iştirak etdiyi tarixi mərasimdə fəaliyyətə başlayıb. O, ildə 3 milyard kub metr daşımaq qabiliyyətinə malikdir, bu da, Bolqarıstanın qış enerj istehlakının böyük bir hissəsini təmin edə bilər. Bu miqdarın yarısının 25 ilə qədər uzunmüddətli müqavilələr əsasında daşınması planlaşdırılır.  Hazırda isə Azərbaycan qazı Bolqarıstanın ümumi tələbatının 27%-ni ödəyir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin “oyun dəyişdiricisi” adlandırdığı bu layihə Bolqarıstana qısa müddətdə Rusiyadan asılılığını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Boru kəməri Avropanın Rusiya neft və qaz istehsalçılarına qarşı sanksiyaları fonunda Avropanın enerji resurslarını şaxələndirmək üçün olan daha böyük səylərin bir hissəsidir. Bolqarıstan Prezidenti Rumen Radev yeni qaz xəttinin təkcə Bolqarıstan üçün deyil, qitə üçün əhəmiyyətini vurğulayaraq demişdi: “Bu, Avropanın enerji xəritəsini qətiyyətlə dəyişir”. Fon der Layenin iştirakı boru kəmərinin bütün Avropa üçün əhəmiyyətinin bir sübutu idi. Eyni zamanda, bu, Avropanın maraqlarını Azərbaycanın maraqları ilə uzlaşdırmaqla Bakının xarici siyasətinin davamlılığını gücləndirəcək. İnauqurasiya mərasimindən əvvəl keçirilən görüşdə hər iki lider IGB layihəsinin iki ölkənin strateji tərəfdaşlığının əhəmiyyətini təsdiqlədiyini və onu yeni bir səviyyəyə yüksəldəcəyini vurğulayıb.
Strateji və praktiki istifadəsindən başqa, Aİ-nin enerji üzrə komissarı Kadri Simson deyib ki, “yeni marşrut Qərbi Balkanlar, Ukrayna və Moldovaya daxil olmaqla regiona tədarükün təhlükəsizliyini gücləndirməkdə kömək edəcək”. IGB gələcəkdə təbii qazla qarışdıqda hidrogenin daşınmasını mümkün edə bilər. Azərbaycanın Rumıniya və Serbiya ilə birlikdə “Yaşıl dəhliz” layihəsində iştirakını nəzərə alsaq, bu, gələcəkdə Bakı-Sofiya əməkdaşlığının daha bir istiqaməti ola bilər.
Azərbaycan və Bolqarıstan əməkdaşlığı üçün digər mühüm sahəni nəqliyyat təşkil edir. 1998-ci ildən bəri hər iki ölkə TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsinin bir hissəsidir və son vaxtlar aktuallıq qazanmış bu layihə Avropa ilə Çin arasında səmərəli əlaqə üsullarının inkişaf etdirilməsi məqsədini daşıyır. Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda Xəzər dənizi regionunda tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verir. Bu baxımdan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Bolqarıstanın Limanlar İnfrastruktur Şirkəti yükdaşımaların hər iki istiqamətdə genişləndirilməsi üçün əməkdaşlıq edir. Hər iki ölkə bir müddət fəaliyyət göstərməyən, lakin hazırda yenidən diqqət mərkəzində olan “Çin, Mərkəzi və Şərqi Avropa arasında əməkdaşlıq” forumunun vizyonunu bölüşür. Bolqarıstan bu forumun üzvüdür və Rusiya yük ticarət marşrutlarının ləğvi ilə Qara dəniz-Xəzər dənizi marşrutlarını alternativ olaraq görür.
Hər iki tərəf mədəni əlaqələrin səviyyəsini də yüksək qiymətləndirir. Azərbaycan və Bolqarıstanın bir neçə şəhərləri qardaşlaşmışdır: Şəki – Qabrovo (hər ölkənin yumor paytaxtları), Naxçıvan – Veliko-Tırnovo, Sumqayıt – Burqas, Gəncə – Plovdiv. Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərinin inzibati mərkəzində yerləşən Trapezitsa memarlıq muzey-qoruğu 2016-cı ildə bərpa edilib. Fond həmçinin 158 metrlik Qərb divarının yenidən qurulmasına, 880 metrlik turist xiyabanının tikintisinə və Bolqarıstanda 3 orta əsrlər dövrünə aid kilsənin yenidən qurulmasına maliyyə yardımı göstərib.
Sofiyanın Qarabağ münaqişəsi ilə bağlı ardıcıl olaraq ədalətli mövqe tutması, Azərbaycanın ərazi bütövlüyünü və sülhün bərqərar olması səylərini birmənalı şəkildə dəstəkləməsi Azərbaycanda da yüksək qiymətləndirilir. Bakı işğaldan azad edilmiş torpaqlar üzərində suverenliyini beynəlmiləlləşdirməyə və oraları dirçəltməyə israrlı olduğu üçün xarici qonaqları dəvət edir: Bolqarıstanın Ayrı-seçkiliyə Qarşı Müdafiə Komissiyasının sədri Ana Cumalıyevanın başçılıq etdiyi belə nümayəndə heyətlərindən biri 2021-ci ilin payızında Qarabağın kabus şəhəri hesab edilən Ağdam şəhərinə səfər edib. O, səfər zamanı 1994-2020-ci illər ərzində işğalçı qüvvələr tərəfindən törədilmiş dağıntıların miqyasının şahidi olub.
Göründüyü kimi, Azərbaycan və Bolqarıstan uzun müddətdir ki, özəyini enerji tərəfdaşlığı təşkil edən yaxın əlaqələrə malikdir. Bu tərəfdaşlıq təkcə ikitərəfli əlaqələr üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi arxitekturası üçün böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə bu istiqamətdə çox çalışmaqla yanaşı, qeyri-enerji sektorlarına, nəqliyyyat layihələrinə və mədəni əlaqələrə də önəm verir.
Tam əminliklə demək olar ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir. hər iki ölkə arasında diplomatik münasibətlərin möhkəmlənməsi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcəkdir.

Zamin Zeynal:
“Müasir İnternet Resurslarının İnkişafı”İctimai Birliyinin  sədri
‌

Əvvəlki yazı

Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib – VİDEO

Sonrakı yazı

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.