Rusiya liderinin mətbuat katibi Dmitri Peskov xüsusi hərbi əməliyyatın Rusiya üçün uğurla başa çatacağını vurğulayıb.
O, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Xüsusi hərbi əməliyyat gec-tez bizim üçün uğurla başa çatacaq”, – Kreml sözçüsü bildirib.
O əlavə edib ki, Avropa ölkələri və Rusiya münaqişə bitdikdən sonra danışıqlar aparmalı və əlaqələr qurmalı olacaqlar.