25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

XARİCİ İŞLƏR NAZİRİ İRANI QARIŞDIRDI – “Ölkədə pul yuyulması və milyardların mənimsənilməsi gerçəklikdir”

25 Noyabr 2018, 10:13
Siyasət
A A
XARİCİ İŞLƏR NAZİRİ İRANI QARIŞDIRDI – “Ölkədə pul yuyulması və milyardların mənimsənilməsi gerçəklikdir”

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif qeyri-adi və riskli gediş edib. O, “Xabar Onlayn” qəzetinə müsahibədə sıradakını bildirib: “…Ölkəmizdə pulların yuyulması gerçəklikdir, pul yuyulmasından çoxları udur”.

Amma dəqiqləşdirib ki, “bu pul yuyulmasını müəyyən yerin ayağına yazmaq” istəmir.

Zərif çağdaş İranın siyasi həyatında əsas simalardan biridir. O, demək olar, üç ildir xarici işlər naziri postunu tutur, ölkənin nüvə proqramı üzrə danışıqlara qatılıb, yüksək ixtisaslı diplomat nüfuzuna malikdir. Onun, demək olar, hər bəyanatı böyük diqqət doğurur və ciddi incələnir. Zərif xüsusən də Vaşinqtonun Tehrana qarşı sərt sanksiyalar tətbiq etdiyi indiki zamanda müxtəlif meydançalarda dünya ictimaiyyətini öz ölkəsinin xoş niyyətlərinə inandırmalı olur. O, hələ bu yaxınlarda özünün Twitter səhifəsində Amerika liderlərini “korrupsiya, ədalətsizlik və səriştəsizlik”də yamanlayıb. İndi Qərbin İranı uzun  illər boyu ittiham etdiyi məsələni birdən açıqca boynuna alır: pul yuyulması faktını.

Pulların yuyulması və terrorizmin maliyyələşdirilməsiylə mübarizə üzrə beynəlxalq səyləri izləyən Bazel İdarəçilik İnstitutu Teharnı əvvəlki kimi qara siyahıda saxlayır. Pulların yuyulmasıyla mübarizə üzrə maliyyə tədbirləri hazırlayan FATF (Financial Action Task Force) kimi tanınmış qrup isə İrandan pul yuyulması və terrorimzə müqavimət sahəsində qanunvericiliyi 2019-un fevralına qədər beynəlxalq satndartlara uyğunlaşdırmağı tələb edib. Buna görə də güman etmək olar ki, Zərif bəzi yüksəkməqamlı məmurların bu tövsiyəyə əməl etməkdən imtinasına görə qalmaqala başlayıb, qeyd edib ki, “pulların yuyulmasından milyardlar qazananlar daha böyük maliyyə şəffaflığı tələb edən qanun layihələrinin qəbulunu önləmək üçün milyonlar xərcləyirlər”. Amma Tehrandan FATF-ın “2016 – Fəaliyyət planı”ında ifadə olunmuş tədbirlərin gerçəkləşməsi üzrə əməli addımlar gözləyirlər. Məsələn, BMT-nin terrorizmin maliyyələşdirilməsi üzrə 2002-də qüvvəyə minmiş və 132 tərəfin imza atdığı Konvensiyasını imzalamağı. Nəticədə, gözləmək gərəkdiyi kimi, İran diplomatiyasının başçısı İranda mühafizəkarlar düşərgəsinə aid edilənlərin kəskin qıcığına düçar olub. Onlar naziri istefaya çağırıb və konkret sübut və örnək gətirməyi tələb ediblər. Ölkənin məhkəmə sisteminin rəisi, ayətullah Sadiq Amuli Laricani bildirib: “Ölkədə pulların yuyulması geniş yayılıbsa, niyə siz (Zərif-S.T.) bu haqda məhkəmə sisteminə xəbər verməmisiniz?”

O, habelə xəbərdarlıq edib ki, səlahiyyətlilər “sistemin qəlbinə xəncər kimi sancılan sözlər söyləməməlidirlər”.

İran XİN başçısını daha ayrıntılı izahat üçün milli təhlükəsizlik və xarici siyast üzrə parlament komitəsinə çağıraraq heç bir dövlət idarəsini pul yumaqda ittiham etmədyini təsdiqləməyə məcbur ediblər. Buna baxmayaraq, qalmaqal böyüyür və hətta İran prezidenti Həsən Ruhani də buna qatılmağı qət edib. O, ölkədə “korrupsiya, rüşvətxorluq və narkomaniya olduğunu və bu problemlər haqda bildirən kiməsə qəzəblənməməli olduğumuzu” boynuna alaraq Zərifi dəstəkləyib.

Qeyd edək ki, Ruhani bu haqda açıq şəkildə ilk dəfə fikir yürütmür, qeyd edir ki, “korrupsiya və pul yuyulması islam inqilabı ideallarına təhlükədir”.

Prezident 2013-ün avqustunda hakimiyyətə gəldikdən sonra sələfi Mahmud Əhmədinejadın komandasında işləmiş hökumət məmurlarının korrupsiya faktlarına qarşı bir sıra səs-küylü təhqiqatlar başladıb. Amma bu siyasət o zaman Ruhaninin yeni komandasının hakimiyyətdə bərkimək, müdafiə və ölkə təhlükəsizliyinin təminatı funksiyasının icrasından savayı fəal iqtisadi fəaliyyət göstərmiş, elə indi də göstərən, ən böyük mülkiyyətçilərdən biri olan İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) maliyyə axınlarından sıxışdırmaq cəhdiylə izah olunurdu. Müxtəlif dəyərləndirmələrə görə, İİKK ona məxsus sənaye müəssisələri, trast fondları və müxtəlif şirkətlər vasitəsilə milli iqtisadiyyatın 20-30%-nə nəzarət edir.

Hazırda amerikalılar İrana qarşı ən sərt sanksiyaları hərəkətə gətirərkən çoxlarına görünürdü ki, siyasi qruplaşmalar qabaqlar, dəfələrlə olduğu kimi, xarici basqı altında birləşəcəklər. Amma lap Zərif bu yaxınlarda “daxili birlik çörək və sudan da önəmlidir” desə də, bu dəfə çəkişmə və səndələmə, camaat içində qalmaqal törətmə görürük ki, bu da İran hökumətinin yüksək eşelonlarında müəyyən daxili-siyasi dəbərmələrə gətirə bilər.

Ölkədə qütbləşmə baş verir. Görünür, Zərifin mənsub olduğu Ruhani qruplaşması ciddi təhlükə hiss edərək hadisələrin özü üçün arzuolunmaz inkişaf ssenarisini qabaqlamaq qərarına gəlib. Amma həm də anlamaq gərəkdir ki, İranda pul yuyulması faktı haqda açıq bəyanat – Qərb meydanında oyundur.

Buna görə də Zərif ABŞ dövlət katibi Mayk Pompeonun “Vaşinqtonun Tehrana basqısını əlaqələndirəcək” təşəbbüs qrupu yaratmaq haqda bəyanatını şərh edərək amerikalıların İran rejimini devirmək işindən şübhələnəndə sual meydana çıxır: bəs Ağ Ev İranda məhz kimi götürməyə hazırlaşır?

İngilislərin bir zamanlar “The Times”-da yazdığı kimi, ABŞ “İraqda olduğu kimi silahlı güclərdən istifadəyə əl atmayacaq, hakim teokratik rejimə qarşı son dərəcə narazı İran xalqının üsyanını alovlandırmağa, yəni əhalinin mollalardan narazı, amma iqtisadi durumdan daha çox narazı olduğu bir durumda hamını hamıya qarşı qaldırmağa səy edəcək”.

Və bu, Ruhani və silahdaşlarının dövlət xərclərini şəffaflaşdırmaq və gəlirlərin müxtəlif qurumlar arasında bölünməsinə səyləri fonunda baş verir.

Aydındır ki, İran prezidentinin islahatçı ideyaları ticari-iqtisadi fəaliyyətinin faş edilməsindən əndişələnən çevrələr tərəfdən böyük müqavimətlə üzləşir. Müqavimət də buradandır. İndi İran ali lideri, ayətullah Əli Xamnəinin reaksiyasını gözləyək. O, qabaqlar Ruhani administrasiyasına tez-tez yardım və dəstək göstərib. Bu dəfə necə olacaq, Zərif digər islahatçılarla birgə öz postunu saxlmağa nail olacaqmı? Hər şeyin əvvəlkitək qalması üçün hər şey dəyişilməlidir.

Stanislav Tarasov

regnum.ru, 23.11.2018

Tərcümə Strateq.az-ındır.

 

Əvvəlki yazı

İlham Əliyev Yaponiyanın Baş nazirini təbrik etdi

Sonrakı yazı

Abutalıbovun bağlatdırdığı “26-lar” kafesi yenidən açıldı – FOTO

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.