PSJ-nin hücumçusu Kilian Mbappenin yeni mövsümdən “Real”da çıxış edəcəyi dəqiqləşib.
İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə bildirilib ki, Mbappe hələ fevral ayında Madrid klubu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-də 39 oyunda 39 qol vurub, 8 məhsuldar ötürmə edib.