28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bravo”ya hücumda şok etiraflar: Hansısa yeri partladıb…

04 Aprel 2024, 11:37
Cəmiyyət, Manşet
A A
“Bravo”ya hücumda şok etiraflar: Hansısa yeri partladıb…

Bakıda “Bravo” hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Reportyor.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Əhməd Məmmədov hadisədə istifadə edilən “Opel” markalı maşının sahibi olduğunu deyib: “Təqsirləndirilən şəxslərdən heç birini tanımıram. Opel maşınının sahibi olmuşam. Onu da satmaq üçün bazara çıxartım. Ruhlan adlı birisi maşını aldı. Nə üçün aldığını bilmirdim. Maşını satandan 8-9 ay sonra bu hadisə olub. Hadisədən xəbərim olmayıb”.

Daha sonra iş üzrə şahid Xandadaş Cəfərovifadə verib. O, təqsirləndirilən Dəyanət Qüdrətovun əsgər yoldaşı olduğunu deyib: “Təqsirləndirilən şəxslərdən sadəcə, Dəyanəti tanıyıram. Əsgərlikdə bir yerdə xidmət etmişik. Yanvar ayında ikimiz də təxris olduq. Təxris olunandan sonra 2 dəfə görüşmüşük. Bir dəfə də mənə yazdı ki, görüşək. Mən restoranda ofisiant işləyirəm. Yazdım ki, vaxtım yoxdu. Bir dəfə də yazdı ki, rayona gedəcəm sonra görüşə bilməyəcəyik. Hadisəni törədəcəyindən xəbərim olmayıb. Hadisədən sosial şəbəkələrdən xəbət tutmuşam”.

Daha sonra hakim Azad Məcidov şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğunu deyib. Buna görə onun istintaqa verdiyi ifadə elan edilib: “Fevral ayında Dəyanətlə whatsappda danışırdım. Mənə hansısa yeri partladıb pul tutacaqlarını dedi. Onunla danışanda ona qorxaq dedim. Mənə dedi ki, bilirsən nə işlə məşğulam? Hələ əsgərlikdə olanda deyirdi ki, silahlı şou olacaq. Onda bildim ki, harasa silahlı basqın edəcək. Ad günü olduğu üçün Salyana getmişdim. Onunla yenə mesajlaşırdıq. Mənə AKS markalı silahın şəklini atdı, qundağı açıq idi. Dedi ki, tutulmasam, sənə qəşəng ad günü keçirəcəm. Tutulsam, da yanıma siqaret gətirərsən. Sonra yazdı ki, bu boyda Azərbaycanda kimdi e məni tapan. Sonra məni İsmayıllıya qonaq dəvət etdi. Hadisə günü mənə mesaj yazmışdı. Yazmışdı məni televizorda göstərsələr xəbər elə. Bir az keçmişdi yazdı ki, məni axtarırlar sənə nə yazmışam hamısını sil. Dedi nömrəmi və telefonumu qıracam. Yazdı ki, gəl Koroğlu metrosuna tərəf görüşək, sonra görüşə bilməyəcəyik. Mən işdə olduğuma görə getmədim”.

Hakim verdiyi ifadələrin arasında nəyə görə ziddiyyət olduğunu X. Cəfərovdan soruşub. Şahid isə hadisən uzun zaman keçdiyini, unutduğunu deyib, istintaqa verdiyi ifadəni isə təsdiqlədiyini bildirib.

Növbəti məhkəmə prosesi şahidlərin ifadələri ilə davam edəcək.

Məhkəmə prosesi aprelin 17-də davam etdiriləcək.

Xatırladaq ki, hadisə ötən il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.

Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər – 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.

Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər – Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi – Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.

Əvvəlki yazı

Nazirlikdən əhaliyə MÜHÜM xəbər

Sonrakı yazı

Normal kişi qalmayıb” – Müğənni

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.