26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa…

27 Mart 2024, 17:03
Cəmiyyət, Seçmə
A A
Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa…

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Yeni Sabah” xəbər verir ki, haqlı olaraq iki gündür sosial şəbəkələrdə bu absurd qiymət siyasətinə etiraz edilir. Və haqlı olaraq ADY rəhbərliyinin, birbaşa qurumun yeni sədri Rövşən Rüstəmovun təklifi ilə tərtib olunan bu prays-listin ölkə başçısına qarşı sabotajdan başqa bir niyyət daşımadığını deyənlər var. Çünki 24 saat avtomobili bir yerdə park etmək üçün 30 manat qiymət müəyyən etməyə başqa bir səbəb tapmaq mümkün deyil. Bunu nə iqtisadi, nə sosial məntiqlə əsaslandırmaq olmaz. Açıq-aydın insanların cibinə girmək, onları narazı elektorata çevirmək istiqamətində atılan addımdır. Bəs səbəb nədir? Bu, bəlli deyil.

 

Azərbaycanda “yeni gələn gedənə rəhmət oxutdurub” məsəli bu gün də özü təsdiqini tapmaqdadır. Cavid Qurbanovun atasına rəhmət. Qurbanov bu boyda “islahat” həyata keçirməyə cəsarət etməmişdi. İndi ölkə doludur məmurların obyektləri ilə. Bu da oldu Rövşən Rüstəmovun obyekti…

Elə bu məqamda bəlli oldu ki, Qış Parkı ərazisindəki parkinqdə də qiymətlər qaldırılıb. İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə bu məsələyə reaksiya verib. Bildirib ki, “Qış Parkı” adlanan ərazinin altında 4000 avtomobil üçün nəzərdə tutulmuş avto-dayanacaq var, şəhərin mərkəzi olduğuna görə logistik olaraq sərfəli yerdədir.

Şəhərin mərkəzinə avtomobillərin girişini məhdudlaşdıranda rəsmilər deyirdilər ki, maşınlara insanlar qapalı parkinqdə saxlaya bilərlər, piyada mərkəzdə hərəkət edə bilərlər. İndi məmur tayfası “Qış Parkındakı” yeraltı dayanacaqda uzunmüddətli dayanacaq qiymətlərini 170% artırlar – əslində əksinə olmalı, gün ərzində çalışanların orada park etməsini stimullaşdırmalı idilər.

Ümumiyyətlə, son zamanlar “Davosun Azərbaycan uşaqları” avtomobil, parkinq məsələsində ciddi aktivləşiblər, ard-ardına absurd qərarlar qəbul edib, bunu “insan üçün şəhər”, kimi cəlbedici şüarlarla ört-basdır edirlər. Əslində onların dərdi insan deyil, onlar məhz insansız şəhər, insansız dünya istəyirlər, arzulayırlar ki, insanlar doğmasın, artmasın, istəyirlər ki, insan hər addımda asılı vəziyyətə düşsün, nəzarətdə qalsın, öz kimliyini və azadlığını könüllü şəkildə təhvil versin. “Pandemiya” zamanı və ondan sonra “Davosun uşaqları” dünyada, elə bizdə də aktivləşiblər, anti-insan, anti-azadlıq gündəliyini sırımağa çalışırlar.

Daha bir məsələ odur ki, Qış parkını da, yeraltı dayanacağı da Dövlət tikib, mənim-vətəndaşın pulu, vergiləri ilə inşa edib, indi AYNA adlı geydirmə bir quruma veriblər, onlar da istədikləri tarifi müəyyən edir. Yəni, mənim pulumla tikilən dayanacaqdan, məndən yenə pul almaqla qazanırlar – absurddur. Ora özəl yer deyil, özəl sektorun investisiyası ilə tikilməyib, ölkədə kommunal xidmətlərin qiyməti artmayıb, yaxşı, nə baş verib ki, AYNA özündən qiymət icad edir?! Məndən pul yığır ki, AYNA-nın rəhbərliyi minlərlə manat maaş, mükafat alsınlar, özlərinə xarici səfərlər təşkil etsinlər?!

Yüz dəfə demişik – vətəndaş olaraq parkinqə pul verməyə hazırıq, amma o vəsaiti vətəndaşın seçdiyi Mer institutuna ödəyək, seçkili Mer institutu yaransın, şəhər təsərrüfatı ayrı-ayrı qalstuklu qlamur müəllimlərin deyil də, vətəndaşın seçdiyi orqan, Böyük Şəhər Bələdiyyəsinin əlində olsun, biz də bilək ki, pulu kimə və niyə ödəyirik.

Əvvəlki yazı

Polis əməliyyat keçirdi – 10 nəfər saxlanıldı

Sonrakı yazı

Nazir Kamran Əliyevi təqaüdə göndərdi

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.