Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi icra hakimiyyətlərində, universitetlərdə, müxtəlif orqanlarda qeyd edilsə də, Nəsimi Rayon İcra Hakimiyyəti bu tarixi xatırlamayıb.
Reportyor.info xəbər verir ki, Nəsimi RİH-də YAP-ın 26 illiyi ilə bağlı tədbir keçirilməyib. İH-nin rəsmi saytında ən son xəbər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Bizim hüquqlarımız” mövzusunda sərgi keçirilməsi ilə bağlıdır.
İnternet resurslarında və xəbər portallarında da Nəsimi RİH-də YAP-ın 26 illiyi ilə bağlı tədbir keçirildiyi xəbərinə rast gəlinməyib.