25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Səfər Mehdiyev BDU-nun diplomunu necə alıb?

22 Noyabr 2018, 12:44
Cəmiyyət, Araşdırma
A A
Səfər Mehdiyev BDU-nun diplomunu necə alıb?

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovla bağlı mübhəm məqamlar hələ də qalmaqdadır. Sabiq rektorun İspaniyaya sonuncu rəsmi səfəri zamanı baş vermiş qalmaqalla bağlı ortada açıq qalan kifayət qədər suallar var. İlkin iddialara əsasən Məhərrəmovun səfir oğlu olan Anar Məhərrəmov İspaniyada şərab biznesi ilə məşğul olurmuş. Rektor olan atası isə, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şeyxinın təyyarəsi ilə 2 ton xam çaxırı İspaniyaya aparıb. Ölkədən 2 ton çaxırın hava nəqliyyatı ilə xaricə çıxarılması və bu məqamdan Dövlət Gömrük Komitəsinin xəbərsiz olması müəyyən şübhələrin yaranmasına səbəb oldu. Ortada açıq qalan kifayət qədər suallar var. Gundeminfo.az-a daxil olan məlumata görə, Abel Məhərrəmov uzun illərdir ki, məhz Dövlət Gömrük Komitəsindəki tələbələrinə göstəriş verərək biznesini inkişaf etdirib.

Gundeminfo.az-a verilən informasiyada bildirilir ki, Anar Məhərrəmov 2016-cı ildə İspaniya Krallığına səfir təyin edilib. Lakin Rəsmi dövlət agentliyinin 2016-cı ilin sentyabr ayının 9-da yayımlanan xəbərində bir məqam diqqətimizi çəkir.
– Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov sentyabrın 8-də İspaniya Kralı VI Felipeyə etimadnaməsini təqdim etmək üçün Kral Sarayında bu səbəblə təşkil edilmiş xüsusi mərasimdə iştirak edib. Xüsusi mərasimdən sonra səfir A.Məhərrəmov etimadnaməsini təqdim edib.
Etimadnamə təqdim edildikdən sonra Kral VI Felipe səfir A.Məhərrəmovu salamlayaraq, onu İspaniyaya yenidən, artıq səfir qismində təyin olunması münasibətilə təbrik edib.
Bu xəbərdə “Kral VI Felipe səfir A.Məhərrəmovu salamlayaraq, onu İspaniyaya yenidən” cümlə diqqətdən yayına bilməz. Niyə məhz yenidən? Axı Anar Məhərrəmov 2016-cı ilin aprel ayının 5-də dövlət başçısının sərəncamı ilə səfir təyin edilib. Mənbəmiz iddia edir ki, Abel Məhərrəmovun oğlu təyin edildikdən dərhal sonra bu ölkədə biznes qurmağa başlayıb. Hətta ona atasının gömrükdəki dostları da şərik kimi yardım edirlər.
Və nəticə etibarilə də Azərbaycanla İspaniya arasında diplomatik əlaqələr sürətlə Məhərrəmovlar ailəsinin və onun gömrükdəki ortaqlarının şəxsi ticarət imkanları üçün sərf edilməyə başlayıb. 2016-cı ildən sürətlə böyüyən biznesə gömrükdən niyə dəstək verilib?
İndi isə keçək əsas məqama. Gundeminfo.az-a daxil olan informasiyalar əsasında kiçik bir araşdırma apardıq. Və daxil olan informasiyalar kifayət qədər mühim məqamlara əsaslanırdı. Məqam ondan ibarət idi ki, BDU-nun rektorunun işini itirməsinə səbəb olan skandal məhz uzun illər DGK-da yüksək vəsifə tutan və hazırda Gömrük Komitəsi Səfər Mehdiyevin sədlik etdiyi dönəmə təsadüf edir. Yuxarıda qeyd etmişdik ki, 2 ton xam çaxırı Azərbaycandan çıxarmaq hər halda kiçik msahibkarlıq fəaliyyəti deyil. Bundan başqa bu həm də sonuncu daşıma olmayıb. Görünür Abel Məhərrəmov gömrükdəki tələbələrinə o qədər güvənib və onlara o qədər hökmü keçib ki, bu çaxır nəqlini həyata keçirə bilib.
Gundeminfo.az-a daxil olan informasiyalara əsasən kiçik bir araşdırma apardıq. DGK-nın rəsmi saytında komitə sədri haqqında məlumat var. Tərcümeyi-halında yazılan bir məqam xüsusilə maraqlı idi.
Mehdiyev Səfər Məmməd oğlu
– 1973-cü il martın 17-də Naxçıvan MR, Babək rayonu Nehrəm kəndində anadan olmuşdur.
Orta təhsili başa vurduqdan sonra 1991-1993-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1993-1998-ci illərdə Türkiyənin EGE Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alaraq həmin universiteti beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir.
Bu cümlədə bir natamamlıq var. Səfər Mehdiyevin 93-98-ci illərdə Naxçıvan Türkiyə arasında biznes əlaqələri qurub. Kiçik bizneslə məşğul olub. İzmirdə yerləşən bu ali təhsil ocağında təhsilini başa vurmayan Cənab Mehdiyev bu cümlədəki bir vergüldən sonra Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirir. Əcaba EGE Universitetində iqtisadiyyat təhsili alan bir tələbə BDU-ya necə “perevod” alıb və necə olub ki, iqtisadiyyat oxuyan bir tələbə hüquq fakultəsini bitirib. 1998-ci ildə artıq Abel Məhərrəmov BDU-nun rektoru təyin edilmişdi. Deməli Səfər Mehdiyevlə Abel Məhərrəmovun dostluğu elə 20 il əvvəldən başlayıb. 1998-ci ildə BDU-nun hüquq fakultəsini bitirən (hələ Səfər Mehdiyevin kimlərlə eyni auditoriya bölüşdüyü də suallarla doludur) DGK şefinin rəhbəri olduğu komitədə bir tələbə yoldaşı varmı?
GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən Mehdiyevin Abel Məhərrəmovun köməyi ilə hüquq diplomu almasının ardından da rektora gömrükdə yaşıl işıq yanıb. Nəhayət Mehdiyevin DGK sədri təyin edilməsindən sonra sabiq rektor bir qədər də arxayınlaşaraq gömrükçülərə Şeyxin təyyarəsinə 2 ton çaxır yüklətdirə bilib.
Bu mövzuda araşdırmalarımız davam edəcək bütün tərəfləri dinləməyə hazırıq.

Əvvəlki yazı

Nazirlik məşhur restoranların bağlanılması üçün məhkəməyə müraciət edib – SİYAHI

Sonrakı yazı

Nazim İbrahimovun qardaşının şok dələduzluqları

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.