28-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Danası itən Zaurdan, Elgizdən kömək istəyir” – Bu verilişlər bağlanmalıdırmı?

06 Mart 2024, 16:29
Cəmiyyət
A A
“Danası itən Zaurdan, Elgizdən kömək istəyir” – Bu verilişlər bağlanmalıdırmı?

Azərbaycan televiziya kanallarında yayımlanan sosial verilişlər tez-tez sadə vətəndaşların, ictimai şəxslərin tənqidinə tuş gəlir. Bu proqramlarda reytinq naminə insanların şəxsi həyatının detallarına qədər müzakirə edilməsi, efir etikasına uyğun gəlməyən, məişət səviyyəsində söhbətlərin yayımlanması birmənalı qarşılanmır. Bəs bu proqramların bağlanması problemin həllidirmi?

Mövzu ilə bağlı Metbuat.az-a danışan əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli bildirib ki, televiziya proqramında istənilən mövzunu müzakirə etmək olar, amma baxır o mövzuya hansı rakursdan yanaşılır:

“Ailələrlə bağlı bir çox mövzular var ki, onları televiziyada müzakirə etmək olar – nəsillərin bir-birinə münasibəti, övlad tərbiyəsi, ər-arvad münasibətləri, dəyərlər prizmasından bunların hamısını müzakirə etmək olar. Yox əgər siz o mövzunu ictimai bir mövzuya çevirib, cəmiyyətə fayda vermək əvəzinə, insanların şəxsi həyatına müdaxilə edirsinizsə, proqramı sensassiya üzərində qurursunuzsa, qaşınmayan yerdən qan çıxarmaq istəyirsinizsə, bu artıq başqa yanaşmadır.

Çox təəssüf ki, bu verilişlərdə məhz sensassiya qabardılır. Cəmiyyətdə narazılıq da ona görə yaranır ki, min illərdir yaşayan dəyərlər tapdalanır, lağ obyektinə çevrilir. Məncə buna diqqət yetirmək lazımdır. Yoxsa bu verilişi bağlasaq, başqası ortaya çıxacaq. Hər şeyə peşakarlıqla yanaşmaq lazımdır, çıxış yolu yanlız bundadır”.

Sosioloq, jurnalist Lalə Mehralı hesab edir ki, bu cür proqramlar son illərdə cəmiyyətdə bir çox sosial problemlərin yaranmasına səbəb olub:

“10-15 il əvvəl biz bu verilişləri tənqid edəndə, cəmiyyət buna etiraz edirdi ki, insanlara yardım edirlər, gəncləri evləndirirlər. Bir növ xilaskar kimi baxırdılar bu verilişlərə. Bir çox jurnalistlər bununla bağlı yazılar yazdı, müraciətlər etdi, bu verilişlərin bağlanmaması halında cəmiyyəti gözləyən təhlükələrdən danışdılar. Lakin reytinq naminə hər şeyi qurban verən televiziyalar reklamı üstün tutdu və bu proqramları yayımdan qaldırmadı.

Nəticəsi nə oldu? Bu gün “TikTok”da nəinki gənclər, yaşlılar elə videolar paylaşır ki, insan özü utanır ona baxdıqda. Bunlar hamısı cəmiyyətə “sosial layihə” adı ilə sırınan o proqramlardan sonra meydana gəldi. İnsanlar orada 3-5 gün oturub məşhurlaşmağın dərdinə düşdülər ki, daha sonra sosial şəbəkələrdə canlı açıb, pul qazana bilsinlər. Bu proqramların cəmiyyətə təhlükəsi hamı üçün keçərlidir”.

Bir çox sosial verilişlərdə ekspert kimi iştirak etmiş tanınmış jurnalist, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə isə düşünür ki, bu cür verilişlərin reytinqinin yüksək olması cəmiyyətin səviyyəsinin aşağı olmasından xəbər verir:

“Əlində işi, sənəti olan adam niyə gündə 3-4 saat qayınana-gəlin münaqişəsinə tamaşa etməlidir? Vaxtilə mən də həmin verilişlərin birində iştirak etmişəm. Amma o vaxt qonaqlar daha səviyyəli, mövzu aktual idi. Üstəlik, mən indiki kimi faydalı işlə məşğul olmurdum. Hesab edirəm ki, həkim sağaltdığı xəstələrin sayına, müğənni ifasına, bəstəkar mahnılarına, aktyor yaratdığı obrazlara, jurnalist isə imzasına görə tanınmalıdır”.

Seymur Verdizadə məsələyə digər tərəfdən də toxunub. Onun sözlərinə görə, vətəndaşların bu cür verilişlərə axın etmələrinin səbəbi sosial problemlərinin yaşadıqları yerdə aidiyyəti orqanlar tərəfindən həll edilməməsidir:

“Təsəvvür edin danası itən adam da Zaurdan, Elgizdən kömək istəyir. Bu adamın problemi ilə orada maraqlanmalı olan rəsmi şəxslər yoxdur? Regionlarda idarəçilik sistemindəki boşluqlar vətəndaşların paytaxta üz tutmasına səbəb olur. Elə xırda sosial problemlər var ki, onları yerlərdə həll etmək olar. Əgər məmurlar vətəndaşların problemlərinə həssas yanaşsalar, mən inanıram ki, sosial verilişlərə üz tutan insanların sayı azalar. İnsanların bu verilişlərə ümid yeri kimi baxması kədərli haldır”.

Əvvəlki yazı

Bakıda təhlükəli vəziyyət: Qəzalı eyvana nazik taxtadan dirək qoydular (FOTO)

Sonrakı yazı

Toplum TV-nin ofisində axtarış aparıldı – DİN-dən AÇIQLAMA

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.