14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakı Nəqliyyat Agentliyinin sədr müavininə qarşı korrupsiya ittihamları

22 Noyabr 2018, 12:20
Banner
A A
Bakı Nəqliyyat Agentliyinin sədr müavininə qarşı korrupsiya ittihamları

Elçin Mustafayevin şirkəti 150 fəhlənin pulunu ödəmir; “Econ”da böyük nağdlaşdırma cinayətləri; iş icraçısı ilginc faktlar açıqladı

Bakı Nəqliyyat Agentliyinin sədr müavini Elçin Mustafayevin adı qarışan böyük korrupsiya skandalı ortaya çıxıb. Belə ki, ötən il Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işləri üçün tender keçirilib. Tenderin qalibi Elçin Mustafayevin faktiki sahibi olduğu “Econ” şirkəti olub. Həmin işlər görülüb. Dövlət büdcəsindən 2 milyondan artıq vəsait bu məqsədə sərf olunub, amma iş icraçısı Ricat Arif oğlu Şeyxəliyevin pulu bu günə qədər verilməyib.

“Yeni Müsavat”a üz tutan iş icraçısı deyib ki, Elçin Mustafayev müxtəlif şəxslərin arxasında gizlənməklə onun pulunu ödəməkdən yayınır: “”Econ” şirkətindən dəvət aldım.  Şirkət Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi tərəfindən “Lot.1″ üzrə – Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işlərinin satınalınması məqsədilə keçirilmiş açıq tenderin qalibi çıxmışdı. Tender komissiyasının 14 noyabr 2017-ci il tarixli protokoluna əsasən ”Econ” MMC qalib elan edilmiş və həmin təşkilatla 29 noyabr 2017-ci il tarixdə müvafiq satınalma müqaviləsi bağlanıb. Mən sonradan bildim ki, “Econ” Bakı Nəqliyyat Agentliyinə yad bir şirkət deyil. “Econ”un faktiki sahibi Bakı Nəqliyyat Agentliyinin sədr müavini Elçin Mustafayevdir. Tendersiz də Elçin Mustafayevin şirkəti həmin işi gördürə bilərdilər. Məni işə dəvət edəndə dedilər ki, piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işlərini görəcəyik və hər kvadrat metr işə görə 60 manat zəhmət haqqı alacağıq”.

Bakıda pandusların ile ilgili görsel sonucu

Bakıda pandusların altına qoyulmalı betonu, armaturu, dəmir toru “yeyiblər”

Onun sözlərinə görə, “Econ” şirkətinin icraçı direktoru Nəcəf Sadıqovdur. Şirkətin əsl sahibi isə Elçin Rəvayət oğlu Mustafayevdir: “Mustafayev Bakı Nəqliyyat Agentliyində sədr müavinidir. İşlər də Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə ”Econ” tərəfindən görülürdü. Mən iş icraçısı olaraq işə başladım. Onlarla usta, fəhlə dəvət edib tikintini apardıq. Ümumilikdə 150-yə yaxın işçimiz olub. Tikinti normalarına görə pandusların altına beton qatı tökülməli, armaturlar toxunmalı, dəmir torlar qoyulmalı idi. Amma biz işə başlayanda dedilər plitələri elə torpağın üstündəncə yerə düzün. Sifarişçi  onlardır, təchizat da onlarlıq olduğundan biz iş icraçısı olaraq sifarişi deyilən qaydada yerinə yetirməli idik. Belə də etdik. Dəfələrlə iradımı bildirdim, dedim ki, bu cür döşənmədən az sonra piyada keçidləri, panduslar dağılıb sıradan çıxacaq. Dedilər ki, siz işinizi görün, narahat olmayın. Bu gün kim gedib həmin plitələrdən birini qaldırsa, görəcək ki, plitələrin altında nə beton var, nə də betonun içində dəmir tor. Nəcəf Sadıqov, Fərid adlı təchizat şöbəsinin müdirləri deyirlər ki, işinizi biz dediyimiz qaydada görün, pulunuzu alın, qalan işlər bizlikdir. Yəni dövlətə verdikləri hesabatlarda yazıblar ki, pandusların və piyada keçidlərinin altına armatur, dəmir tor qoyulub, beton tökülüb. Faktiki isə bunların heç biri olmayıb”.

İş icraçısı deyir ki, onlar asfalt qatını çıxarıb, meydana çıxan zibili yığıb atıb, qranit səki daşlarını söküb-kəsib yerinə oturdublar: “Bundan sonra qum qatı sərilirdi, qranit döşənirdi və sarı keramik plitələr girişlərə qoyulurdu. Bu işlərin görülməsinə görə bizə hər kvadrata görə 60 manat verilməli idi. Bakının Nəsimi, Yasamal və Nizami rayonlarında qeyd olunan işləri görürdük. Bizə görülən işlərə görə ümumilikdə 54 min manat pul veriblər. Həmin pulun 13 min manatını hesaba köçürüblər. Yəni dövlətdən aldıqları pulu nağdlaşdırıblar. Mən dəfələrlə gördüyümüz işin müqabilində verilməli pulların ödənməsini istədim, amma ala bilmədim”.

R.Şeyxəliyev pulların Bakının mərkəzində necə nağdlaşdırılmasına da şahidlik edib:““Econ”da maliyyə və təchizat işlərinə baxan Fərid müəllim bank filialında pulu nağdlaşdırırdı, bizə çatacaq pulun cüzi hissəsini ödəyirdi. Hər dəfə deyirdilər ki, bu gün, sabah pulunuz ödənəcək. Beləcə, bizə 3 min 800 kvadrat metrlik pandus və piyada keçidi inşa etdirdilər. Hesabladıq ki, 54 min manat ödəyiblər, 192 min manata qədər borc qalıb. Ona görə də işi dayandırdıq. Elçin Mustafayevin bibisi oğlu Mətin o günlərdə bizimlə hər gün təmasda olurdu. Bizi inandırırdı ki, heç nədən narahat olmayın, pulunuz qəpiyinə qədər ödənəcək. İşi dayandırandan sonra Elçin Mustafayevin bibisi oğlu Mətin də yoxa çıxdı. Nəcəf Sadıqov da dedi ki, biz səni tanımırıq. Halbuki bu işləri biz çox böyük əziyyətlə görmüşük. Ustalar və fəhlələr əziyyət çəkiblər və haqlarını ala bilmirlər”.

Elçin Mustafayev BNA ile ilgili görsel sonucu

“Atasının evinin təkcə qapısını 45 min avroya alıb”

İş icraçısı Elçin Mustafayevin onların əziyyətlə qazandığı pulların hesabına özünə və yaxınlarına bahalı bəxşişlər etdiyini açıqlayıb: “Həmin pulları ələ keçirib özlərinə malikanələr tikirlər, bahalı maşınlar alırlar. Elçin Mustafayev atasının ”Həzi Aslanov” metrosu yaxınlığında,  “Asiman” şadlıq sarayının yanında yerləşən evinin təkcə qapısını 45 min avroya alıb. Bundan başqa, Elçin Mustafayev İmişlidə böyük bir ərazi alıb, orada modern tipli ferma tikmək istəyir. Bizim əziyyətin qarşılığını vermir və belə bir işlər görür. Biz pulumuzu tələb edirik, o da dövlət orqanlarına yalan  məlumatlar verir. Məsələn, Dövlət Təhlükəsizlik Xidmətinə yalan məlumat vermişdi bizim barəmizdə. Dəvət etdilər, getdim, vəziyyəti izah etdim. Sağ olsunlar, gördülər ki, Elçin Mustafayev yalan məlumat verib, haqlı tərəf bizik, dedilər ki, gedin, haqqınızı tələb edin. Bundan sonra Nəcəf Sadıqov zəng elədi, dedi ki, gəl oturaq hesablama aparıb pulunuzu ödəyək. Getdik metronun Nərimanov stansiyası yaxınlığında oturduq, razılığa gəldik ki, 150 min manat ödəyirlər, məsələ bitir. Gecə saat 1-ə qədər məni orada gözlətdilər, sonra da pulu vermədilər. Ardından Elçin Mustafayev bizi qorxutmaq üçün daha bir oyun qurdu.

Bakı ÅÉhÉr ProkurorluÄu ile ilgili görsel sonucu

Bakı Şəhər Prokurorluğuna çağırdılar. Köməkçi İlqar Məmmədova da baş verənləri anlatdım. Elçin Mustafayev yalandan demişdi ki, guya onu təhdid etməklə pul tələb edirik. Əlimdə olan və 7 diskə zorla sığışan Elçin Mustafayevlə, Nicat Sadıqovla, Fəridlə, Mətinlə aramızdakı səs yazıları, 400 vərəq vatsap yazışmalarını da təqdim etdim. Bundan sonra İlqar Məmmədov da dedi ki, get, haqqını tələb elə. Həmin ərəfədə mən Daxili  İşlər Nazirliyinə də müraciət etmişdim. Məsələnin araşdırılması Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə tapşırılmışdı. Ora da araşdırma ilə bağlı dəvət olunduq. Nəcəf Sadıqov da gəlmişdi. Məsələni aydınlaşdırdılar, Nəcəf Sadıqov boynuna aldı ki, bizə iş gördürüb pulu ödəməyiblər. Pulun verilməməsini belə izah etdi ki, guya görülən işə görə ölçülər düz hesab edilməyib. Bizim hesabla 192 min manat ödənməli idi. Müstəntiq bizə 4 gün vaxt verdi, gedib ölçmə aparmağımızı tapşırdı. Belə də etdik. Görülən işə görə 180 min manat pul ödənməli olduğu üzə çıxdı. Lakin həmin məbləği bu günə qədər də bizə ödəməyiblər”.

Şikayətçi səs yazılarını, vatsap yazışmalarını və digər faktları da redaksiyamıza təqdim edəcəyini deyib.

Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

E.HÜSEYNOV,
“Yeni Müsavat”

Əvvəlki yazı

Bakıda avtobusda seksual manyak peyda oldu: Qadınların yanında cinsi orqanını çıxarıb… (18+VİDEO)

Sonrakı yazı

Nazirlik məşhur restoranların bağlanılması üçün məhkəməyə müraciət edib – SİYAHI

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.