28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Aparat rəhbəri: Azərbaycanda narkoloji müəssisələrin sayının artırılmasına ehtiyac var

29 Fevral 2024, 14:03
Cəmiyyət
A A
Aparat rəhbəri: Azərbaycanda narkoloji müəssisələrin sayının artırılmasına ehtiyac var

Respublika üzrə narkoloji müəssisələrin sayının artırılmasına ehtiyac var.

Bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Ombudsmanın ünvanına 29 411 müraciət daxil olub: “Azadlıq hüququnun təmini ilə bağlı Ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilmiş, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb. Son illərdə bir sıra şəxslər Ombudsmana müraciətlər edərək, İraq Respublikası və Suriya Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olan yaxın qohumlarının, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılmasında köməklik göstərilməsini xahiş ediblər”.

“2023-cü ildə hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə iddia ərizələrinin əsassız olaraq qəbul edilməməsi, vəsatətlərə baxılmaması, hakimin hərəkətlərindən (və ya hərəkətsizliyindən) narazılıq, məhkəmə baxışı zamanı prosessual hüquq normalarının pozulması, bəzi hallarda işə baxılması müddətlərinin süni şəkildə uzadılması, məhkəmə qərarının surətinin işdə iştirak edən şəxslərə vaxtında göndərilməməsi, məhkəmə aktlarından narazılıq, məhkəmə qərarlarının icraya yönəldilməməsi və ya icra olunmaması, şikayətlərə kassasiya və əlavə kassasiya qaydasında baxılması üçün vəkillə təmin olunmaqda köməklik göstərilməsi və digər hallar öz əksini tapıb”, – Aparat rəhbəri qeyd edib.

A.Səfixanlı bildirib ki, saxlanılan şəxslərin hüquqi yardım almaq və vəkillə görüşmək hüququ həmin şəxslərin pis rəftardan müdafiəsinin əsas təminatlarındandır: “Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də Ombudsmanın 916 Çağrı Mərkəzi vəkillərin hüquqlarını müdafiə etdikləri şəxslərlə görüşmək hüququnun həyata keçirilməsində yarana biləcək çətinliklərin qarşısının alınmasında effektiv mexanizm kimi fəaliyyət göstərib. Ombudsmanın müdaxiləsindən sonra bu görüşlər təmin edilsə də, problem aktual olaraq qalmaqdadır.Respublika Narkoloji Mərkəzinə həyata keçirilmiş başçəkmə zamanı müalicəyə cəlb edilməli kifayət qədər şəxsin gözləmə növbəsində olduğu müəyyən edilib. Bu səbəbdən, respublika üzrə narkoloji müəssisələrin sayının artırılmasına ehtiyac var”(Report.az).

Əvvəlki yazı

Səfərbərlik Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib

Sonrakı yazı

İsveçrə şirkətləri Ermənistan vasitəsilə Rusiyaya qarşı sanksiyalardan yayınmaqda şübhəli bilinir

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.