27-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib (FOTO)

21 Noyabr 2018, 16:23
Cəmiyyət
A A
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Avropa Azərbaycanlıları Konqressinin prezidenti Sahil Qasımovun “Veteninfo.az” xəbər saytına qarşı şikayətini araşdıran Komissiya üzvləri müəyyən ediblər ki, saytda AAK və onun rəhbər strukturları barədə silsilə olaraq yayılan xəbərlərdə “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) prinsipləri pozulub, tənqidi xarakterli yazılarda qarşı tərəfin rəyi öyrənilməyib, balans gözlənilməyib, dəqiqləşdirmə aparılmayıb. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, “Veteninfo.az” xəbər saytına MŞ tərəfindən xəbərdarlıq edilib.

Komissiya AAK-ın “Reytinq” qəzeti barədə eyni motivli şikayətini də araşdırıb. Qəzet redaktorunun mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq tövsiyələr veriblər.

“Atlas ES” MMC-nin baş direktoru İslam Abdullayevin “Azərbaycan reallığı” İnformasiya Ağentliyinə qarşı şikayəti araşdırılarkən müəyyən edilib ki, Agentlikdə MMC və onun təmsilçiləri barədə kəskin tənqidi ruhlu materiallar yayımlanıb və qarşı tərəfin mövqeyi öyrənilməyib. Materiallar birtərəfli, yalnız bir qrup şikayətçiyə istinad edilərək hazırlanıb. MMC təmsilçilərinin özlərinin təşəbbüs göstərməsi, mövqelərinin işıqlandırılmasına yönəlik cəhdləri də nəticə verməyib: İnformasiya Agentliyi onların mövqeyini dərc etməkdən boyun qaçırıb. Komissiya üzvləri qərara gəliblər ki, geniş araşdırma aparılması üçün “Azərbaycan Reallığı” İA üzrə iş MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilsin.

BDU-nun dosenti Rəşid Cabbarovun “Təzadlar” qəzetinə qarşı şikayətinin araşdırılması şikayətçinin üzürlü olaraq iclasa qatıla bilməməsi səbəbindən təxirə salınıb, müzakirə növbəti iclasa saxlanılıb.

Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun təkrar olaraq “Demokratik.az” Xəbər Portalına qarşı şikayəti də baxılmamış saxlanılıb.

Şikayətçiyə məlumat verilib ki, “Demokratik.az” Xəbər Portalının adı MŞ İdarə Heyətinin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə “qara siyahı”ya daxil edilib. Adları bu siyahıda olan KİV qurumlarından təkrar şikayətlər araşdırılmır.

Bakı şəhəri, Binəqədi rayonu Q. Bəxşiyev adina 179 nömrəli tam orta məktəbin direktoru Bayaz Novruzovanın “Femida.az” saytına qarşı şikayəti araşdırılarkən müəyyən edilib ki, şikayət ərizəsində əks olunan iddialar özünü doğrultmur. Xəbər portalının təmsilçiləri balansı gözləmiş, şikayət məktubu əsasında hazırlanmış məqaləni dərc etməzdən öncə qarşı tərəfin də mövqeyini öyrəniblər.

“Sehirli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimovanın “BakuNEWS.az”, “Median.az”, “Xalqxeber.az” saytlarına qarşı şikayəti də araşdırılıb. Komissiya müəyyən edib ki, xəbər saytları jurnalın azyaşlı auditoriya üçün hazırlandığını nəzərə alaraq, orada yanlış anlaşıla biləcək ifadələrin dərc edilməsini tənqid ediblər. Tənqidi, ictimai mövqedən çıxış edərək sərgiləsələr də, balans prinsipini pozublar, tənqid etdikləri obyektin mövqeyini öyrənməyə təşəbbüs göstərməyiblər. Komissiya adı çəkilən xəbər saytlarının təmsilçilərinə tövsiyə edib ki, iradları nəzərə alaraq, balans prinsipini gözləsinlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Əvvəlki yazı

Azərbaycanda daha 18 şirkət fəaliyyətin dayandırıb.

Sonrakı yazı

“AZƏRBAYCANDA HƏR YERDƏ RÜŞVƏT VERMƏK LAZIMDIR” – Rus bankirdən ŞOK açıqlamalar

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.