28-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron məktəblərində şantaj, anarxiya, tayfabazlıq… – Abdullayevadan faktlar

26 Fevral 2024, 10:35
Cəmiyyət
A A
Abşeron məktəblərində şantaj, anarxiya, tayfabazlıq… – Abdullayevadan faktlar

Abşeron rayon məktəblərində rüsvayçılıqlar baş verməkdədir.

Reportyor.info Anaxeber.info-ya istinadən xəbər verir ki, onlardan biri rayonun 9 saylı tam orta məktəbində yaşanıb. Bu haqda vətəndaşlardan biri sosial mediada audio yazı yaymışdı. Həmin səsdə yuxarı sinif şagirdlərindən biri məktəbli qızı təhdid edir. Onu hədələyir ki, çılpaq fotolarını yayacaq. Sosial şəbəkədə həmin səsi yayan şəxs dövlət orqanlarına çağırış edir ki, Abşeron məktəblərində baş verən rəzilliklər barəsində ölçü götürülsün. Onun sözlərinə görə, məktəblərdə qruplaşmalar yaradılıb və şagirdlər şəbəkələşərək bir-birini votsap üzərindən biabır etməklə hədə-qorxu gəlirlər. Bu da göstərir ki, Abşeron təhsilində nizam-intizam yoxdur, tədris sıfırdır, şagirdlərə nəzarət edilmir, direktorların və Abşeron-Xızı Regional Təhsil idarəsi rəhbərinin başı ayrı işlərə qarışıb. Hətta təhsil şefinin qadın salonu açdığı iddiaları var. Ona görə də başı biznesdən açılmır və məktəblərdə vəziyyətlə maraqlanmır. Qeyd edək ki, bu günlərcə paytaxtın 156 saylı məktəbinin şagirdinə qarşı təhqiramiz hərəkətlərə yol verilmişdi və videosu yayılmışdı. İndisə Abşeronun 9 saylı məktəbində şagirdlərdən biri çılpaq fotolar yayacağı ilə həmcinsini təhdid edir. Bu da ciddi bir həyəcan təbili çalınmasını qaçılmaz edir. Anaxeber.info media üzərindən araşdırıb ki, ümumən Abşeron təhsilində anarxiya hökm sürür. Regional Təhsil İdarəsinin müdiri İlhamə Quliyevadır. O, 2022-ci ildə bu vəzifəyə təyin olunub. Lakin nə ondan əvvəlki rəhbər təhsilin keyfiyyətində, intizamda, rüşvət yığımında problemləri həll edib, nə İlhamə Abdullayeva özü…Son iki il ərzində vəziyyət olduğundan da pisdir. Bunun nəticəsidir ki, şagirdlər artıq şantajçı kimi yetişir. Fakt budur ki, bir məktəbli qız digərini lüt şəkillərini yayacağı ilə şantaj edir. Bu cür təhdid hallarının artması son dərəcə qorxuncdur. Abşeron məktəblərində nə baş verir ki, bu hallar yaşanır?! Görünür, İlhamə Abdullayeva tam başını buraxıb hər şeyin və işi biznes, gözəllik salonu, direktorlardan pul yığmaqdır. Bir müddət əvvəl istefada olan zabit Rzayev Vidadi Əsədulla oğlu Abşeron-Xızı Regional Təhsil İdarəsinin tayfabazlıq prinsipi ilə idarə olunmasından, ciddi korrupsiya faktlarından bəhs olununan yazı ilə çıxış etmişdi. Həmin materiallardan görünürdü ki, Abdullayeva Abşeron təhsilini hansı günə qoyub. Misal üçün Abşeron-Xızı Regional Təhsil idarəsin müdiri İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdəyişmə edib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edib.

Sevinc xanımın Nicat adlı oğlunu da İlhamə xanım “öz idarəsində” təsərrüfat müdiri, yəni Abşeron rayonu üzrə TİQ-in rəisi vəzifəsinə təyin etmişdir. Sual olunur, bütün bu təyinatlar verilərkən, Korrupsiya haqqında Qanunvericiliyin, Maraqların toqquşması haqqında Prinsiplərin Tələbləri kobud şəkildə pozulmayıbmı?

Anaxeber.info zabitə istinadla bildirir ki, Abdullayevanın büdcə vəsaitlərini israf etməsi, həmkarlar birliyinin vəsaitlərini isə az qala şəxsi vəsaiti kimi, təyinatından kənar nəsnələrə sərf etməsi, onun bu əməllərindən əziyyət çəkən müəllim-işçi heyətinin də ciddi narazılığına səbəb olur. Abşeron-Xızı şəhər Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayeva haqda yayılan məlumatlardan birində onun gözəllik salonu biznesinə girişməsidir. Xəbər yayılıb ki, regional təhsil idarəsinin rəhbəri Abşeron ərazisində gözəllik salonu işlədir. Bir sözlə, təhsili bazara çevirmək belə olur… Amma biz mediada yayılan bu xəbərlərə görə qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Əvvəlki yazı

Xocalı soyqırımından 32 il ötür

Sonrakı yazı

Ləfxanım Mahmudova: “Atama o qədər işgəncə vermişdilər ki, yanımızda olsa da, günlərlə tanımamışıq” – FOTO

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.