Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülməsi faktı Goranboy Rayon Polis İdarəsində araşdırılıb.
Bu barədə Reportyor.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. “Rauf Yahyayev vəzifəli şəxs olduğundan iş rayon prokurorluğuna göndərilib”, – deyə o əlavə edib.
Xatırladaq ki, Rauf Yəhyayevi döyən şəxslər ondan ağır ağrıkəsici dərman istəyiblər. Baş direktor “yox” cavabı verdiyi üçün döyülüb.