Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
Reportyor.info Report”a istinadən xəbər verir ki, bu barədə MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki,saat 10.00-a qədər respublika üzrə 1259371 nəfər səs verib. Seçici fəallığı 19,44% faiz olub.