02-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda yoxlamalar zamanı 44 hərbçi cəzalandırıldı

31 Yanvar 2024, 16:32
Cəmiyyət
A A
Azərbaycanda yoxlamalar zamanı 44 hərbçi cəzalandırıldı

Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyində 2023-cü il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

Dövlət Agentliyindən Reportyor.info-ya verilən məlumata görə, müşavirə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşvirədə çıxış edən Agentliyin rəisi general-mayor İlqar Abbasov bildirmişdir ki, geridə qoyduğumuz 2023-cü il ölkəmiz üçün uğurlu və mühüm siyasi, sosial və mədəni tədbirlərlə zəngin illərdən biri olmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi” ilə əlaqədar 2023-cü il “Heydər Əliyev ili” elan edilmiş, bu münasibətlə təsdiq edilmiş tədbirlər planına əsasən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Aparatında və regional idarələrində il boyu silsilə tədbirlər keçirilmişdir.

İlin ən əlamətdar hadisəsi, şübhəsiz ki, 2020-ci il II Qarabağ müharibəsində qazanılmış tarixi zəfərdən 3 il sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi olmuşdur. Beləliklə də, Xankəndində separatçı rejimin ləğv edilməsi ilə Azərbaycanın hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya tam yerinə yetirilmişdir. Dövlət başçısının Xankəndi paradında çıxışı, səsləndirdiyi bəyanatlar dövlət orqanları qarşısında daha mühüm vəzifələr qoymuşdur.

Fəaliyyətini Ölkə başçısının göstəriş və tapşırıqları əsasında quran Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən 2023-cü il ərzində ixrac neft və qaz boru kəmərlərinin, o cümlədən, qorunan şəxslərin və obyektlərin mühafizəsi təmin edilmiş, mühafizə olunan şəxslərə və obyektlərə qarşı yönələ biləcək terror, təxribat və hər hansı təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması üçün zəruri işlər görülmüşdür.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04.03.2023-ci il tarixli 2059 saylı Fərmanı ilə Agentliyin strukturunda və ali zabit heyəti vəzifələrinin sayında dəyişiklik edilmiş, döyüş xidmətinin qeyri-aşkar formada yoxlanılması, mühafizə zonasında yerləşdirilmiş şübhəli əşyaların aşkarlanması hallarının ciddi nəzarətə götürülməsi idarə rəislərindən bir qayda olaraq tələb edilmişdir. Nəticədə, 354 dəfə 895 yerdə (2022-ci il ərzində – 264 dəfə 670 yerdə) qeyri-aşkar yoxlamalar keçirilmişdir.

İxrac neft və qaz boru kəmərlərinin mühafizəsinin daha da səmərəli təşkil edilməsi məqsədilə 05 oktyabr 2023-cü il tarixdə BP şirkəti ilə Agentliyin rəhbərliyi arasında işgüzar görüş keçirilmiş və “Qarşılıqlı əməkdaşlıq haqqında” Protokol, “Səngəçal terminalının razılaşdırılmış mühafizə Qaydalar”ı imzalanmışdır.

Kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilmişdir. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul edilmişlər. 2023-cü il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilmişdir.

Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 nəfər hərbi qulluqçusu mükafatlandırılmışdır. 15 nəfər hərbi qulluqçu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülmüşdür. 24 nəfər hərbi qulluqçu Türkiyə Respublikasında müxtəlif sahələr üzrə kurslara göndərilmişdir.

Agentlikdə aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılmış, onlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa və hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

Hesabat dövründə Agentliyə yeni səlahiyyətlər verilmişdir.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonalarında müvafiq işlərin aparılması zamanı Energetika Nazirliyi ilə yanaşı, Agentliyin razlığının alınması öz əksini tapmışdır. Bundan başqa, “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydalarında dəyişiklik edilməsi haqqında” Fərmanın 3.7.1-ci bəndinə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi sözləri əlavə edilmişdir.

Hesabat dövründə Agentliyin maddi texniki bazasının gücləndirilməsi üçün bir sıra tədbirlər görülmüş, xidməti fəaliyyətin təşkili üçün nəqliyyat vasitələri alınaraq idarə və şöbələrin istifadəsinə verimiş, hərbi qulluqçuların keyfiyyətli əşya-geyim əmlakı və tanınma nişanları ilə təmin olunması davam etdirilmiş, Agentlik müasir tipli kompyuter və çap avadanlıqları ilə təmin olunmuşdur.

Çıxışın sonunda Agentiyin rəisi tələb etmişdir ki, Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən bu quruma göstərilən etimadı doğrultmaq üçün hər bir idarə, şöbə rəisi və hərbi qulluqçular məsuliyyətini dərk etməli, üzərinə düşən vəzifələri, döyüş tapşırıqlarını layiqincə və vaxtında yerinə yetirməli, müşavirədə sadalanan nöqsanların aradan qaldırılmasını təmin etməlidir. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Prezidentin rəhbərliyi altında uğurla həyata keçirilən islahatların və stabilliyin qorunub saxlanılmasında daim fəal mövqe tutmalı, dövlətə və dövlətçilik ideyalarına sədaqətlə xidmət göstərməlidir.

Müşavirədə Agentliyin Aparatının və regional idarələrin rəisləri öz məruzələri ilə çıxış etmişlər.

Müşavirənin sonunda general-mayor İlqar Abbasov 07 fevral 2024-cü il tarixdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar, hər bir əməkdaşın seçkidə iştirakının təmin olunması, qorunan şəxslərə və obyektlərə yönələ biləcək hər hansı terror, təhdid və sair qanunazidd halların vaxtında aşkarlanması və qarşısının alınması üçün ayıq-sayıqlığın artırılması, mühafizə tədbirlərinin gücləndirilməsi barədə şəxsi heyətə göstəriş və tapşırıqlarını vermişdir.

Əvvəlki yazı

Bakıda ən bahalı və ən ucuz mənzillərin yerləşdiyi ərazilər (SİYAHI)

Sonrakı yazı

Aygün Bəylərin qardaşı əfv üçün prezidentə müraciət etdi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.