18-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

General idarə rəisini ittiham etdi: “Gəldi, 164 mini götürüb getdi”

23 Yanvar 2024, 13:40
Cəmiyyət
A A
General idarə rəisini ittiham etdi: “Gəldi, 164 mini götürüb getdi”

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə istintaqı davam edir.

“Qafqazinfo” xəbər verir ki, içində nazirliyin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədovun da olduğu 4 nəfərlik dəstənin işinə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılır.

Bu iş üzrə müttəhim kürsüsündə general Məmmədovdan əlavə Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə əyləşir. Onlar digərləri ilə əlbir olaraq milyonlarla dövlət vəsaitinin mənimsənilməsində təqsirləndirilirlər.

Bununla ardıcıl bir neçə prosesdir ki, şahid qismində müxtəlif hərbi hissələrin maliyyə-xidmət rəisləri ifadə verirlər. İstintaq orqanında davam edən cinayət işi üzrə baş leytenant, kapitan kimi rütbələrlə xidmət edən qeyd olunan rəislərin özlərinin də mənimsəmə faktları sübuta yetirilib. Qanunvericiliyin tələbinə uyğun olaraq dövlətə dəymiş ziyanın ödənilməsini davam etdirən maliyyə xidmət rəislərinin işlərinə davam etmələrinə şərait yaradılıb. Maliyyə Nazirliyinin yoxlaması ilə müəyyən edilmiş mənimsənilmə vəsaitlərini büdcəyə ödəmədən yayınanların işləri isə ayrılaraq məhkəməyə göndərilməklə davam edir.

Şahid Yaşar Rzayev cinayət baş verən dövrdə hərbi hissələrdən birində maliyyə-xidmət rəisi işləyib. Rzayev deyir ki, onun işlədiyi hərbi hissədə də təftiş vaxtı mənimsəmə faktı aşkar edilib. O etiraf edir ki, xidməti dövründə şəxsən maliyyə pozuntularına yol verib. Qanun pozuntuları nəticəsində şəxsən özünə 280 min 685 manat qalıb. Rzayev dövlətə dəymiş ziyanın öz üzərinə düşəninin bir hissəsini ödədiyini deyib.

Şahidin bildirdiyinə görə, işlədiyi hərbi hissədə təftişə rəhbərlik edənlərdən biri – Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafail Xələfova şəxsən 164 min manat pul verib: “Hərbi hissədə 4 dəfə təftiş olub. Onlardan birinə Rafail Xələfov rəhbərlik edirdi. Yoxlanışdan sonra külli miqdarda mənimsəmə faktı ortaya çıxdı. Buna görə Xələfova 164 min manat verdim, gəldi 164 mini götürdü getdi. Ümumilikdə isə 4 ildə təftişçilərə 963 min manat vermişəm. Sonradan nazirliyin Maliyyə-Büdcə İdarəsinə planlaşdırma şöbəsinin rəisi təyin edildim. Orada işim sadəcə şəxsi heyətin iş planını müəyyən etməkdən ibarət olub”.

Müttəhim Nizami Məmmədov şahidin ifadəsinə münasibət bildirərkən məlum olub ki, Yaşar Rzayev elə onun kadrı olub: “Bunu mən hərbi hissəyə maliyyə xidmətinə rəis göndərmişəm. Bir neçə il sonra dedi ki, rəis təqaüdə çıxacağam, məni yüksək vəzifəyə gətir, xidmətim bitəndən sonra pensiyam yüksək olsun. Onu idarədə planlaşdırma şöbəsinə gətirdim. Sonra məlum olub ki, 2017-ci ildə Rafael Xələfov yoxlama aparıb, bu da mənə bir söz deməyib. Belə çıxır ki, Rafael Xələfovla birləşib iş görüblər. Yadıma gəlir, Xələfov bunu çox tərifələyirdi, deyirdi yaxşı işçidir, belələrini qabağa çəkmək lazımdır ki, yaxşı işçilərlə bağlı and içməyə yerimiz olsun. İndi aydın görünür ki, Rafaillə əlbir olub işlər görüblər. Bir dəfə də olsun, mənə deməyib ki, Rafail qanunsuz işlər görür. Desəydi, tədbir görərdim.”

N saylı hərbi hissədə maliyyə-xidmət rəisi işləmiş şahid Samir Həmidov ifadəsində bilinməyən plastik kartlara vəsait köçürüldüyünü, həmin pulun da mənimsənildiyini deyib. Şahidin sözlərinə görə, mövcud olmayan 26 nəfərin adına əməkhaqqı kartı açılıb.

Prokuror Fuad Musayev “Bilinməyən kartlar nə deməkdir, şəxsiyyət vəsiqəsi olmadan bank plastik kart verə bilərmi?”, – sualı ilə general Məmmədova müraciət edib.

General mövcud olmayan adamların adına plastik kart açılmasının mümkünsüz olduğunu deyib: “Bu, uydurmadır. Şəxsi heyətlə bağlı hərbi hissə komandiri tərəfindən banka siyahı təqdim edilib. Şəxsiyyət vəsiqəsi ilə əməkhaqqı kartı açılıb”.

Təqsirləndirilən Cəlal Kazımovun eyni suala cavabından isə aydın olub ki, 2013-cü ilə kimi əməkhaqqı kartları banka hərbi vəzifə kartını təqdim etməklə açılıb: “2013-cü ildən sonra isə hərbçilərə şəxsiyyət vəsiqələrini özlərində saxlamağa icazə verməyə başladılar. O vaxtdan da hərbçilərin əməkhaqqı kartlarının alınması üçün banklara şəxsiyyət vəsiqələri təqdim olunub”.

Prosesin davamında şahid qismində başqa bir hərbi hissədə maliyyə-xidmət rəisi işləmiş Əli Qədirli ifadə verib. Şahidin dediyinə görə, onun əməli nəticəsində dövlətə 400 min manat ziyan dəyib. Hazırda həmin vəsaitin 50 min manatını ödəyib.

Şahid qismində dindirilən Sahil Mehdizadə də oxşar ifadə verib. Mehdizadənin ifadəsində ziddiyətli məqam ondan ibarətdir ki, o, ifadəsində mənimsəmə kimi qeyd edilən müəyyən miqdarda vəsaitin çağırışçılara ödənildiyini deyib. Amma istintaqda həmin vəsaitin mənimsənildiyi qeyd edilən akta qol çəkib, təsdiq edib.

Vəkil Mirmehdizadə bunun səbəbini öyrənmək məqsədilə bir neçə cəhd etsə də, cavab ala bilməyib.

Proses yanvarın 26-da davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Əvvəlki yazı

Əjdər Ol yenidən hakim qarşısına çıxacaq

Sonrakı yazı

Dillər universiteti mebel satan şirkətdən elektronika malları alır

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.