Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Açıq qapı” günü keçirilib.
UNEC-dən Reportyor.info-ya bildirilib ki, “Açıq qapı”da universitetin İctimai Nəzarət Şurasının üzvləri, Mili Məclisin deputatı Arzu Nağıyev, “Modern” Media Qrupunun baş direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva rektor Ədalət Muradovla birlikdə müraciətləri dinləyiblər.
Qəbula yazılan tələbələrin müraciətləri qaib limiti və imtahanlarda intizam qaydalarının pozulması barədə olub. Müraciətlər dinlənildikdən sonra aidiyyəti üzrə tapşırıqlar verilib.
İctimai Nəzarət Şurasının üzvləri “Açıq qapı”ya müraciət edən tələbələrin sayının kəskin şəkildə azalmasını UNEC-də aparılan islahatların müsbət nəticəsi kimi qiymətləndiriblər.
Növbəti “Açıq qapı” yanvarın 27-də keçiriləcək.