05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri (SİYAHI)

18 Noyabr 2018, 11:23
Gündəm
A A
Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri (SİYAHI)
Bir neçə gün öncə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad olunub.
Adı şərab biznesində hallanan sabiq rektor və Milli Məclisin sabiq deputatı Abel Məhərrəmovun İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən tədbirdə akademikə yaraşan davranışlar sərgiləmədiyi üçün vəzifəsindən azad edildiyi iddia edilir.
Sabiq rektorun yaxın ailə üzvləri də yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar.
Reportyor.info həmin məlumatları sizlərə təqdim edir:
Abel Məhərrəmovun qardaşlarından biri Adil Məhərrəmovdur. O, hazırda Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Adil Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.
Yaşca Abel Məhərrəmovdan kiçik olan Adil Məhərrəmov daha öncə də yüksək postlar tutub. O, 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olub. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik Institutunu bitirib. 1973-1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin “Azon” zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləyib. 1983-1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışıb. 1986-2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin ( sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) “Ulduz” Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru olub.
2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində Nazirin müşaviri vəzifəsində xidmət edib. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Nazirin müşaviri vəzifəsində çalışıb. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib.
2008-ci ildən Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışan A.Məhərrəmov Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Abel Məhərrəmovun digər qardaşı Rauf Məhərrəmov özündən 20 yaş kiçikdir. O, 1970-ci ildə anadan olub. 1993-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İndiyədək Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, o cümlədən rayon prokurorluğunda müstəntiq, Baş Prokurorluqda idarə prokuroru, idarə rəisinin müavini olub.
Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir. Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ötən gün onun işdən azad olunması barədə xəbər yayılsa da, hələ rəsmi şəkildə təsdiqlənməyib.
Abel Məhərrəmovun digər qardaşı Məhərrəm Məhərrəmovdur. Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri olub. O, bu ilin əvvəlində kabinetində ürəktutmasından dünyasını dəyişib. M.Məhərrəmov 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalına layiq görülüb, eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Abel Məhərrəmovun kürəkənləri də yüksək vəzifələr tutur. Eks-rektorun böyük kürəkəni Azər Sadıqov DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsinin rəisidir. Buna qədər o, DİN Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.
Məhərrəmovun kiçik kürəkəni Daşqın Qənbərov isə BDU-da onun ən yaxın köməkçilərindən idi. Rektorun vəzifəsindən azad edilməsindən sonra onun da universitetdən kənarlaşdırılacağı istisna edilmir.
O, 1996-cı ildə Bakı Dövlət Universitetinə daxil olub. Təhsilini fərqlənmə diplomu ilə bitirdiyinə görə universitet rəhbərliyi 2006-cı ildə onu Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində “Beynəlxalq hüquq” ixtisası üzrə əyani doktoranturaya qəbul edib.
Hüquq üzrə fəlsəfə doktorudur. Elmi tədqiqat işi ilə paralel olaraq universitetdə pedoqoji fəaliyyətlə də məşğul olur. Həmçinin Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqlarıvə informasiya hüquqi üzrə UNESCO” kafedrasının dosentidir.
2000-ci ildə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, 2002-ci ildə sədrin I müavini seçilib. 2006-cı ilin 27 noyabrından BDU THİK-nin sədri vəzifəsində çalışır. 2009-2010-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən “Yaxşıların Yaxşısı” fəxri adına layiq görülüb və xatirə medalı ilə təltif olunub.
2010-cu və 2011-ci illərdə BDU-nun rektoru akademik Abel Məhərrəmov tərəfindən “İl ərzində peşəkar, səmərəli və məhsuldar fəaliyyətinə gorə” Fəxri Fərmanlarla təltif olunub. 2010–cu ilin iyun ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
2014-cu ildə “Azərbaycan həmkarlar ittifaqlarında xidmətlərinə görə” medalı ilə təltif olunub. Bu medal həmkarlar sistemində ən ali mükafatdır.(Qaynarinfo)
Əvvəlki yazı

Bu il Azərbaycanda qeydə alınan ölüm, nikah və boşanmaların statistikası açıqlanıb- Statistika Komitəsi

Sonrakı yazı

Zakir Fərəcov blokların təmirini hansı liseylərin boynuna qoyub? – Cinayət dosyesi/Siyahı

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.