04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kamaləddin Qafarov: “Regional inteqrasiya dayanıqlı sülhə və dinamik inkişafa xidmət edə bilər”

09 Dekabr 2023, 22:09
Cəmiyyət
A A
Kamaləddin Qafarov: “Regional inteqrasiya dayanıqlı sülhə və dinamik inkişafa xidmət edə bilər”

Kamaləddin Qafarov: “Regional inteqrasiya dayanıqlı sülhə və dinamik inkişafa xidmət edə bilər”

“Regionun şəriksiz lider ölkəsi olmaqla yanaşı, Azərbaycan həm də üç il bundan əvvəl apardığı Vətən müharibəsində tarixi Qələbə əldə etməklə yeni regional geosiyasi reallıqların müəllifinə çevrilib. Dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu da həm Cənubi Qafqazda, həm də ümumilikdə Avrasiya məkanında baş verən hadisələrlə bağlı Azərbaycanın mövqeyinin böyük önəm kəsb etdiyini bir daha nümayiş etdirdi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Cənubi Qafqazda regional inteqrasiyanın mümkünlüyü və bu məsələnin reallaşmasında rəsmi Bakının rolu Avropa ictimaiyyətini maraqlandıran məqamlardan biri kimi önə çəkilmişdi: “İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan regional reinteqrasiya təşəbbüsü ilə artıq Vətən müharibəsi başa çatdıqdan az müddət sonra çıxış etmişdir. Təbii ki, bu təşəbbüs ilk növbədə Cənubi Qafqazda sülhün və dayanıqlı inkişafa töhfədir. Eyni zamanda , üç region ölkəsinin öz aralarında bütün məsələləri həll etmələri kənar qüvvələrin regiona müdaxilə imkanlarını daha çox məhdudlaşdırar. Bu məsələ barədə açıqlama verən cənab Prezident İlham Əliyev bildirdi ki, hazırda Cənubi Qafqazda ən azı məsləhətləşmələr səviyyəsində prosesə başlamaq imkanı mövcuddur. Hətta dövlət başçısı ilk məsləhətləşmələrin bu yaxınlarda Gürcüstanda keçirilən beynəlxalq bir tədbir çərçivəsində Cənubi Qafqazın üç ölkəsinin – Ermənistanın, Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin görüşü zamanı baş tutduğunu da diqqətə çatdırdı. Qeyd olundu ki, bu əməkdaşlıq çox praktiki səmərə verə bilər. Çünki son 30 illik müstəqillik dövründə Gürcüstanın və Azərbaycanın inkişafı hər iki ölkənin inteqrasiya səviyyəsini, hər iki ölkədə ümumi qarşılıqlı və faydalı layihələrin həyata keçirilməsini və hər iki ölkənin ayrı-ayrılıqda hərəkət etmək əvəzinə, birlikdə Avropa üçün necə daha vacib olmasını göstərir. Əgər sülh müqaviləsi imzalanarsa, artıq mövcud olan bu layihələrə Ermənistan da qoşula bilər. Ermənistanın bu əməkdaşlığa nə kimi töhfə verəcəyi məsələsi isə açıq qalmaqdadır. Çünki o, yalnız hüquqlara malik olmamalı, habelə məsuliyyət daşımalıdır. Ermənistan baş verən inteqrasiya prosesinin bir hissəsi olmaq istəyirsə, bunda niyyəti olduğunu nümayiş etdirməlidir.”

K.Qafarov Qarabağda 30 illik işğalın yan təsirlərindən biri olan ekoloji ziyanla bağlı səsləndirilən sualların aktuallığını qeyd edib: “Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu ərazilərə səfər etmək imkanı əldə edən beynəlxalq ictimaiyyətin təmsilçiləri ermənilərin həmin ərazilərdə törətdikləri vəhşiliklərin acı nəticələrini öz gözləri ilə gördülər. Artıq beynəlxalq səviyyədə etiraf olunur ki, Ermənistan Azərbaycanın ekologiyasına da misli görünməmiş miqyasda ziyan vurmuşdur. Bu mövzuda Forum iştirakçılarını məlumatlandıran Prezident İlham Əliyev bildirdi ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən, xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı hüquqi prosedurlar İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başlanılıb. Azərbaycan təbii sərvətlərini qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparır. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müəyyən olunub ki, Kəlbəcər, Laçın və Zəngilan meşələrinə daha çox ziyan dəyib. 60 min hektardan çox ərazidə ağaclar kəsilib. Bunu həmin ərazilərin əvvəlki və sonrakı vəziyyətini əks etdirən peyk şəkilləri, habelə fiziki monitorinqə əsaslanan təhlil də göstərir. Azərbaycan bu məsələləri xüsusi diqqətdə saxlayır və ölkəmizə qarşı eko-cinayətlər törədən şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları məqsədilə bütün tədbirlər görüləcək” .

Əvvəlki yazı

Suraxanıdakı intiharla bağlı cinayət işinin icraatı dayandırıldı, mərhumun yaxınları etiraz etdi

Sonrakı yazı

Aydın Talıbova məxsus Araz marketdə növbəti rəzillik: Mənim uşaqlarıma nəysə olarsa kim cavab verəcək?

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.