Hazırda həbsdə olan sosial media fenomeni Dilan Polatdan xəbər var.
Reportyor.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, həbsdə olan həyat yoldaşı Engin Polata zəng vuraraq intihar etmək istədiyini deyib.
Dilanın psixologiyasının pozulduğunu görən vəkillər onunla görüşmək üçün həbsxanaya gedib.
Xatırladaq ki, Dilan Polat və həyat yoldaşı Engin Polat çirkli pulların yuyulmasında ittiham olunurlar.
Onların 22 milyon lirəsi müsadirə edilib.