02-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vaxtından əvvəl doğulmuşlarda nə ilə bağlı fəsadlar var?

20 Noyabr 2023, 14:15
Cəmiyyət
A A
Vaxtından əvvəl doğulmuşlarda nə ilə bağlı fəsadlar var?

Vaxtından əvvəl doğulmuş körpələr hamiləliyin 37-ci tam həftəsindən az müddətdə, yəni hamiləliyin 260-cı günündən əvvəl doğulmuş uşaqlardır. Dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Bu, orta hesabla hər 10-cu doğulan uşaq deməkdir. Ümumilikdə vaxtından əvvəl doğulma bütün doğulan uşaqların 8-12 %-ni təşkil edir.

Reportyor.info  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov bildirib. Onun sözlərinə görə, Azərbaycanda 2015-ci il yanvar ayının 1-dən hestasiya yaşı 22 həftədən, çəkisi 500 qramdan yuxarı doğulan körpələr də bu qrupa aid edilir:

“Ölkəmizdə vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Müvafiq dövlət proqramlarında, yeni perinatal konsepsiyada vaxtından əvvəl doğulmuşlara xüsusi yer ayrılır. Neonatologiya sahəsində ciddi irəliləyişlər qeyd olunur, müəssisələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi üçün kifayət qədər yardım göstərilir, kadr potensialı artırılır.

Bundan əvvəlki illərdə, təqribən 15-20 il öncə vaxtından əvvəl doğulmuşlara xas olan, müalicəsində ciddi çətinliklər qeyd olunduğu xəstəliklərin müasir dövrümüzdə həlli yolları mümkün olub. Məsələn, müxtəlif müəssisələrimizdə bu qrup uşaqlarda cərrahi əmliyyatların aparılması (nekrozlaşan enterokolit, qida borusunun atreziyası və s. ilə bağlı), tənəffüs sistemi ilə bağlı xəstəliklər üçün əvəzedici terapiyaya aid surfaktant preparatının istifadə olunması, həmçinin mərkəzi sinir sisteminin inkişafı üçün istifadə olunan, tənəffüsə dəstək olan kofein sitratın tətbiq olunması buna nümunədir.

Vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır. Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi, həmçinin vaxtından əvvəl doğulmanın səbəbi analarda olan infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preeklampsiya və s. ilə birbaşa bağlıdır. Həyatının ilk günlərində yaranmış tənəffüs problemləri gələcəkdə ağciyərlərdə spesifik dəyişikliklərlə bağlı bronx-ağciyər displaziyasının inkişafına səbəb olur. Ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Belə uşaqlarda vaxtından əvvəl doğulmuşların anemiyası inkişaf edə bilər. Qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Vaxtından əvvəl doğulma ilə bağlı körpənin səhhətindəki problemlər spesifik xarakter daşıyır. Onlardan vaxtından əvvəl doğulmuşun retinopatiyası (ROP) 31 həftədən əvvəl doğulmuş və bəzi digər vaxtından əvvəl doğulmuş körpələrdə yarana bilən göz xəstəliyidir. Bu, gözün arxasındakı torlu qişa adlanan toxumaya təsir edən problemdir. Körpə böyüdükcə ROP (yüngül formaları) bəzi hallarda öz-özünə keçə bilər. Ancaq körpə bu müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır. Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi geriyədönməz fəsadlar baş verə bilər. Eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır, bu səbəbdən vaxtında audiometriya müayinəsi olunması vacibdir. Ümumiyyətlə, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq, psixoloq, endokrinoloq, ortoped) daimi nəzarəti altında olmalıdırlar”.

Əvvəlki yazı

Bu avtobuslar nağdsız ödəniş sisteminə keçib

Sonrakı yazı

İlham Əliyevin adından İraqın dövlət başçısının şərəfinə rəsmi nahar verildi

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Klub prezidenti kafedə başından güllələndi

01 Sentyabr 2025, 14:13
Abşeronun milyonluq bərbad yolları – Daha 1,4 milyon xərclənəcək

Abşeronun milyonluq bərbad yolları – Daha 1,4 milyon xərclənəcək

01 Sentyabr 2025, 14:04
“Kriti Vüsal Masallinski” həbs olundu – BMCMİ -dən əməliyyat

“Kriti Vüsal Masallinski” həbs olundu – BMCMİ -dən əməliyyat

01 Sentyabr 2025, 13:45
İctimai nəqliyyatda gedişhaqqı artırılıb? (RƏSMİ)

İctimai nəqliyyatda gedişhaqqı artırılıb? (RƏSMİ)

01 Sentyabr 2025, 13:40
Prezident Paşinyanla görüşdü – Video

Prezident Paşinyanla görüşdü – Video

01 Sentyabr 2025, 13:38
Nuri israilli müğənniləri məhkəməyə verir (VİDEO)

Nuri israilli müğənniləri məhkəməyə verir (VİDEO)

01 Sentyabr 2025, 13:37
Arzu Əliyeva anası ilə Çindən fotolarını paylaşdı

Arzu Əliyeva anası ilə Çindən fotolarını paylaşdı

01 Sentyabr 2025, 13:31
Bu ərazilərdə torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsi elan edilir

Bu ərazilərdə torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsi elan edilir

01 Sentyabr 2025, 13:30
Xüsusi təhsil məktəblərinin müəllimləri etiraza qalxdı – Ev təhsili ləğv edilir? – VİDEO

Xüsusi təhsil məktəblərinin müəllimləri etiraza qalxdı – Ev təhsili ləğv edilir? – VİDEO

29 Avqust 2025, 14:31
Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.