09-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakı metrosunun yeni stansiyası bu tarixdə hazır olacaq (FOTOLAR)

26 Oktyabr 2023, 14:58
Uncategorized
A A
Bakı metrosunun yeni stansiyası bu tarixdə hazır olacaq (FOTOLAR)

“B-04” metrostansiyası 2025-ci ilin birinci yarısında hazır olacaq.

Reportyor.info xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin tikinti departamentinin baş mütəxəssisi Vəli Musayev deyib.

Onun sözlərinə görə, stansiyanın sərnişin platforması inşa olunub, stansiya yol infrastrukturunun qurulmasına başlanılıb: “Bənövşəyi xəttin layihə adı “B-04″ olan stansiyasında daha bir səviyyədə qazıntı işləri tamamlanıb”.

O qeyd edib ki, müvafiq layihə və texnoloji proseslərin ardıcıllığı əsasında qazıntı hər səviyyədə üç zonaya bölünərək aparılıb: “Bu səbəbdən qazıntıya paralel olaraq, tikinti-quraşdırma işləri də təmin edilib. Ümumiyyətlə, metropolitenin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə – Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Burada qazıntı əvvəlki iki stansiyada olduğu kimi “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsulun əsas xüsusiyyəti ondan ibarətdir ki, tikinti sahəsi divarları bentonit məhlulu ilə möhkəmləndirilmış ensiz və dərin xəndəklərlə əhatə edilir. Qazıntı və tikinti-quraşdırma yuxarıdan aşağıya olmaqla yerinə yetirilir. Üsulun üstünlükləri sırasında ekoloji cəhətdən daha səmərəli olması və yaşayış sahəsinin xüsusiyyətlərinə uyğunluğu qeyd edilə bilər. Həmçinin “Qruntda divar” inşaatın məhdud məkanda effektiv aparılmasına imkan verir, material və işçi qüvvəsi baxımından qənaətcil, istifadə olunan konstruksiyaları daha etibarlıdır. Yaşayış sahələrində dərin özüllü yeraltı qurğuların tikintisində bu üsul ərtaf binalar üçün heç bir təhlükə yaratmır”.

V. Musayev bildirib ki, inşaat kompleksinin ümumi uzunluğu 167,7 metr olan “B-04” stansiyası 4 səviyyədən ibarətdir: “Dəmir-beton işləri sonuncu – dördüncü səviyyədə davam edir. Sərnişinlərin stansiyaya qəbul ediləcəyi vestibül və kassa zalı ən yuxarı – birinci mərtəbədə olacaq. Zalı sərnişin platformasının yerləşdiyi 4-cü səviyyə ilə 19 eskalator, pilləkənlər və 3 lift birləşdirəcək. Amma bu arada daha 2 səviyyə var. Onlardan biri keçid səviyyəsi adlanır. Gələcəkdə buradan Sarı xəttin 6-cı stansiyasına keçid inşa olunacaq. 3-cü səviyyəyə “orta” mənasını verən “mezonin” deyilir. Bura texniki mərtəbədir. Xidməti otaqlar, 4 havalandırma kamerası və stansiyanın işini təmin edən digər funksional avadanlıqlar burada yerləşdiriləcək. Hər 3 səviyyədə fundamental tikinti işləri başa çatıb. Birinci səviyyədə 4 sərnişin keçidinin yerləşəcəyi ərazilərdə isə tədbirlərə tam hazırlıq görülüb. Bununla əlaqədar maşın və mexanizmlər, avadanlıq və material təchizat işləri yekunlaşdırılıb. Ərazidə yaşıllıq və yeraltı kommunikasiyaların yerinin dəyişdirilməsi ilə bağlı məsələlərin həlli istiqamətində də hazırda tədbirlər görülür. Keçidlərin layihələri ekspertiza komissiyasında təsdiq edildikdən sonra işlərə başlanılacaq”.

O qeyd edib ki, stansiyanın bütün səviyyələrini əhatə edən xidməti pilləkən tam inşa edilib:” Sərnişinlərin istifadə edəcəyi pilləkənlər qismən, qəza-çıxış pilləkənləri isə hazırda müvafiq konstruksiyaları yığılmaqla mərhələli şəkildə inşa olunur. Birinci səviyyədə xidməti otaqların və müvafiq arakəsmələrin tikilməsi, habelə eskalatorların quraşdırılacağı yerlərin qurulması isə növbəti mərhələdə yerinə yetiriləcək”.

Əvvəlki yazı

MN-dən Qarabağda tapılan raketlərlə bağlı vacib açıqlama (FOTOLAR)

Sonrakı yazı

İlham Əliyev Sultan Əhməd Əl-Cabirini qəbul etdi

Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

09 Avqust 2025, 13:58
Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

09 Avqust 2025, 13:52
Bitkoin cüzi bahalaşıb

Bitkoin cüzi bahalaşıb

09 Avqust 2025, 13:51
Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

09 Avqust 2025, 13:48
Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

09 Avqust 2025, 13:46
“Sözün düzü, Tramp məni təəccübləndirdi” – Video

“Sözün düzü, Tramp məni təəccübləndirdi” – Video

09 Avqust 2025, 13:44
30  yaşlı qadın baltalandı – Şübhəli qardaşıdır

30 yaşlı qadın baltalandı – Şübhəli qardaşıdır

08 Avqust 2025, 15:12
“Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram” – Cahangir Əsgərov

“Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram” – Cahangir Əsgərov

08 Avqust 2025, 15:09
Havanın temperaturu ilə bağlı mühüm məlumat

Havanın temperaturu ilə bağlı mühüm məlumat

08 Avqust 2025, 13:55
Xalq artisti dənizə paltarla girdi – VİDEO

Xalq artisti dənizə paltarla girdi – VİDEO

08 Avqust 2025, 13:53
Bakı metrosunda doğulmuş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək

Bakı metrosunda doğulmuş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək

08 Avqust 2025, 13:51
İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib

İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib

08 Avqust 2025, 13:45
DYP: Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır

DYP: Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır

08 Avqust 2025, 13:43
Tovuzda 11 yaşlı qıza zorakılıq edilib? – DİN-dən açıqlama

Tovuzda 11 yaşlı qıza zorakılıq edilib? – DİN-dən açıqlama

07 Avqust 2025, 21:30
Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

07 Avqust 2025, 16:04
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

07 Avqust 2025, 15:33
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

07 Avqust 2025, 15:31
Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

07 Avqust 2025, 14:15
“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

07 Avqust 2025, 14:12
7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

07 Avqust 2025, 14:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.