Əfsanəvi “Modern Talking” qrupunun solisti, dünyaca sevilən müğənni bəstəkar və prodüser Tomas Anders Bakıda konsert verəcək. Reportyor -indi xəbər verir ki, konsert 14 oktyabr tarixində Heydər Əliyev sarayında baş tutacaq. Qeyd edək ki, biletlər artıq satışdadır. Qiymətlər 50-370 manat aralığında dəyişir. Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək mümkündür.